Saat:12:13
Haqqımızda

Tibb İdarəsi Qarabağ əlilinin müalicəsinə qadağa qoyub - MƏĞRUR BƏDƏLSOY YAZIR

2023-03-17 23:22:00

Tibb İdarəsi Qarabağ əlilinin müalicəsinə qadağa qoyub - MƏĞRUR BƏDƏLSOY YAZIR

1-ci dərəcəli Qarabağ qazisi müalicəsizlikdən ölüm ayağındadır

Düz 30 il qabaq bu günlərdə - Novruz bayramında Ağdərədə döyüşlərdə ağır baş-beyin kontuziyası alıb helikopterlə Mərkəzi Hərbi Hospitala, bir aylıq müalicədən sonra son xidmət yerim DİN Daxili Qoşunları olduğundan Arif Heydərov adına DİN-in Respublika Hospitalına gətirilmişəm. 30 ildir 1-ci dərəcəli Qarabağ əlili, DİN-in zabit pensiyaçısı kimi DİN-in tibbi uçotundayam, 1 saylı DİN poliklinikasında qeydiyyatdayam. Bunları niyə deyirəm? 30 ilin zabit Qarabağ əlilinin DİN hospitalında müalicəsinə keçən ildən qadağa qoyulub!

6 aydan çoxdur hər gün ölkə rəhbərliyinə, Ombudsmana, daxili işlər, səhiyyə nazirlərinə müalicəsizlikdən ölüm ayağında olduğumdan DİN hospitalında müalicəmin təşkil edilməsini təmin etmələri ilə bağlı yüzlərlə müraciət etsəm də, Konstitusiya ilə təminat verilən hüququm gerçəkləşmir. DİN Tibb İdarəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndərişini tələb edir, agentlik isə göndəriş verməkdən imtina edir ki, xərcə düşəcək. 30 il qabaq yanımda partlayan mərmi dalğasından daha çox 6 ay qabaq başıma dəyən polis zərbələrindən ağrıyıram, yataqda belə tavan başıma uçur elə bil, başım fırlanır.

Bu zərbələrdən daha çox tibbi xidmətdən saymazyana imtinadan ağrıyıram. 30 il qabaq tibb işçiləri gecə-gündüz başıma fırlanırdılar, indi saymazyana başımı “fırladırlar”. 30 il qabaq DİN hospitalının (Alla adlı) həkimi hospitalda olmayan dərmanları aptekdən pulu ilə alıb yaralarıma sığal çəkirdi, 6 ay qabaq 6 saylı təcili yardım mərkəzindən çağırılan qəssab – “həkimlər” (bunların həkimliyi yalnız dırnaq içindədir) -Məlahət Əsədova, Faiq Əliyev isə qızdırmamı belə ölçməkdən imtina etdilər. Bircə 6 saylı təcili yardım mərkəzindən İRADƏ xanım İSMAYILOVA ƏSL HƏKİM, İNSAN KİMİ, ƏR QEYRƏTLİ BACI KİMİ DAVRANIB 6 ay qabağın polis faşitliyində. Onun yardımı ilə durumum haqqında bilgi verilib və Sabunçu xəstəxanasında rentgen müayinəsindən keçirilmişəm. 9 qabırğamın sındırılmasına baxmayaraq, xəstəxana palatasında yox, yenidən  işgəncə - istintaq palatasında “müalicə”yə göndərilmişəm. 6 sentyabrda DİN hospitalında rentgen müayinəsi ağ ciyərimdə hematoma əmələ gəlməsini bəlirləyib.

30 ilin 1-ci dərəcəli Qarabağ əlilinin 30 ildir tibbi uçotunda olduğu DİN-in hospitalında müalicə olunmasına qadağanın heç bir əsası yoxdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13.6 maddəsinə görə, müharibə əlillərininin hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”yə əsasən, pensiya hüququ ilə xidmətdən xaric edilənlərin və ailə üzvlərinin pulsuz tibbi təminat hüququ vardır. Di gəl, DİN Tibb İdarəsinin rəisi Mahmud Yusifov müalicəni təmin etmək əvəzinə, diqqətə çatdırdığım qanunun tələbini saxtalaşdırıb, 17.03.2023 tarixli məktubla pensiya hüququ ilə xaric olunanların PULSUZ TİBBİ TƏMİNAT HÜQUQUNUN OLMADIĞINI, yalnız haqqı ödənilməklə sanatoriya – kurort hüquqlarının olduğunu  VURĞULAYIB.

Tibb İdarəsinin diqqətinə çatdırırıq ki, Konstitusiyanın 151-ci maddəsi beynəlxalq qanunların üstün qüvvəsini doğrulayır. BMT konvensiyası səbəbindən asılı olmayaraq bütün əlillərin tibbi xidmətdən pulsuz istifadəsini tələb edir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamə”nin 147-ci maddəsini bir daha diqqətə çatdırırıq: “Pensiya almaq hüququ ilə xaric edilən ...DİO əməkdaşlarının, onların həyat yoldaşlarının ...Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində PULSUZ TİBBİ YARDIM təminatı ...hüquqları saxlanılır.” Tibb İdarəsinin rəisi niyə PULSUZ tibbi təminat hüququnu görməzliyə vurur və saxta  cavabla sırıyır? Nədi, 1-ci dərəcəli Qarabağ əlilinin DİN hospitalında müalicə olunması ilə dövlətə nə böyük ziyan dəyəcək? Əməliyyata getmirəm, hansısa bahalı tibbi avadanlıqlardan yararlanmıram, niyə müalicəmizə qadağa qoyulub? Qərəzdən başqa hansı adı var bu müalicəsizliyin?

Məğrur BƏDƏLSOY

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR