Tibb bacısı körpələri öldürməkdə ittiham edilir
Hurriyyet.az xəbər verir ki, “Independent” nəşri Böyük Britaniyanın Çeşir qraflığının Çester şəhər xəstəxanasında işləyən tibb bacısı Lüsi Letbi 2015-ci ilin iyun ayından 2016-cı ilin iyun ayına qədər keçən müddət ərzində yeni dünyaya gəlmiş körpələri qətlə yetirməkdə təqsirli bilinib.
Mançester Kral Məhkəməsi 240 nəfərdən artıq şahidin ifadəsini dinlədikdən sonra onu qətllərdə vəhəyata qəsd cəhdlərində ittiham edib.
Letbi körpələrə qəsdən hava yeridib və ya insulinlə zəhərləyib. Həmçinin, vaxtından əvvəl doğulmuş, yaxud da fiziki problemləri olan uşaqlara həddən artıq miqdarda süd yedirdib. Onlardan birinə isə fiziki zorakılıq edib.
Nəşrin yazdığına görə, Letbinin ciddi rejimli həbsxanada ömürlük həbsə məhkum ediləcəyi gözlənilir.
Hürr Tərcüman