Saat:11:36
Haqqımızda

Tәhsil nazirinin qərarı Prezidentin sərəncamından üstündür?

2021-10-19 12:27:00

Tәhsil nazirinin qərarı Prezidentin sərəncamından üstündür?

Bakı Şəhər Baş Təhsil İdarəsi Prezidentin imzaladığı fәrmandan irәli gәlәn tәlәblәri pozmaqdan çәkinmir...

Tәhsil naziri vә Bakı Şəhər Baş Təhsil İdarəsi (BŞBTİ)  elmlәr doktorunu ehtiyac içindә boğmaqda israrlıdır. Belә olmasaydı, Prezidentin imzaladığı fәrman vә sәrәncamlardan irәli gәlәn vәzifәlәri layiqincә yerinә yetirәr, öz işinә vicdanla yanaşan, yaş senzi ilә bağlı işlәmәk hüququ olan müәllimlәrin hüququnu pozmağa çalışmazdılar.

65 yaşım tamam olsa da, mәn Azәrbaycan Respublikası Prezidentinin 17 may 2021-ci il ildә imzaladığı fәrmana vә bunun әsasında tәhsil nazirinin verdiyi әmrә әsasәn, 70 yaşım tamam olanadәk illik bağlanan müqavilә әsasında öz işimdә çalışmalıyam.

Müqavilә әsasında işlәdiyim bu iki il әrzindә mәzuniyyәtim  hәr dәfә 14 gün az hesablandığı üçün tәhsil naziri Emin Әmrullayev cәnablarına mәktubla müraciәt etdim.

Mәktubumdan qәzәblәnәn BŞBTİ bu il qanunsuz olaraq, heç bir әsas göstәrmәdәn, mәnim işlәmәyimә әsas verәn heç bir göstәricini vә Prezidentin bu mәsәlә ilә bağlı imzaladığı sәrәncamı nәzәrә almadan, mәnimlә illik müqavilә bağlamaqdan imtina etdi.

Bununla bağlı bir ay bundan qabaq әrizә ilә BŞBTİ-nә müraciәt etdim. Hәmin tarixdәn bir ay vaxt keçmәsinә baxmayaraq, әrizәmә hәlә dә cavab verilmәyib. Onlar şikayәt mәktublarının cavablandırılması müddәtinin nә qәdәr olduğunu bilә-bilә, mәnә rәsmi cavab vermәkdәn yayınırlar. Vaxtı uzatmaqla mәnim yenidәn mәktәbә qayıtmağımın mümkün olmadığı görüntüsünü yaratmağa çalışırlar.

Respublika Prezidentinin imzaladığı sәrәncam əsasında təhsil nazirinin bu mәsәlә ilә bağlı verdiyi әmrdə yazılır: “Әmәk Mәcәllәsinin 10-1.2-ci maddәsinә әsasәn, tәhsil müәssisәlәrindә yaş hәddi 65-ә çatmış tәhsil işçilәrinin hәmin müәssisәdә çalışma müddәtinin uzadılması zamanı aşağıdakı meyarlar nәzәrә alınsın...”

Әmrdә müәllimin 65 yaşdan yuxarı işlәmәsinә әsas verәn 8 meyar qeyd edilir vә göstәricisi bu meyarlardan birinә cavab verәn müәllimin 70 yaşa qәdәr hәmin müәssisәdә işlәmә hüququ olduğu qeyd olunur. Mәnim göstәricilәrim isә müәllimin 70 yaşına qәdәr işlәmәsinә әsas verәn 8 meyardan 6-sı ilə üst-üstә düşür.

Bәs, görәsәn, BŞBTİ göstәricisi tәlәb olunan 8 meyardan 6-sı ilə üst-üstә düşәn müәllimi işindən uzaqlaşdırıb, fәaliyyәti qeyd olunan 8 meyardan heç birinә cavab vermәyәn müәllimlәrlә hansı “meyar”la müqavilә bağlayıb, işlәmәsinә şәrait yaradırlar?!

Yәqin BŞBTİ mәnim kimi işlәmәk hüququ olan müәllimlәri qanunsuz olaraq işdәn uzaqlaşdırıb, heç bir göstәricisi olmayan 65 yaşdan yuxarı müәllimlәrlә qanunsuz olaraq müqavilә bağlayıb işdә saxlamaqla, özlәrinin imzaladığı әmrlәrin Respublika Prezidentinin fәrman vә sәrәncamlarından keçәrli olduğunu sübut etmәyә çalışır.

BŞBTİ Prezidentin imzaladığı fәrmandan irәli gәlәn tәlәblәri, deyәsәn, ikitәrәfli pozmaqdan belә çәkinmir vә bu işdә israrlıdır. Bir tәrәfdәn 65 yaşdan yuxarı işlәmәk hüququ olan müәllimlәri öz işindәn zorla vә qanunsuz uzaqlaşdırır, digәr tәrәfdәn isә işlәmәyә heç bir hüququ әsası olmayan müәllimlәrin qanunsuz olaraq işlәmәsinә şәrait yaradır. Maraq nәdir, bunu onların özlәri yaxşı bilir.

Mәn pozulmuş hüquqları 30 ildәn sonra müzәffәr Prezidentimiz, Ali Baş komandan tәrәfindәn bәrpa olunmuş bir ölkәnin vәtәndaşıyam. İnanıram ki, BŞBTİ-nә ikinci müraciәtim çatandan sonra BŞBTİ tәrәfindәn pozulmuş hüququm bәrpa olunacaq vә şәxsi ambisiyalarını Prezidentin imzaladığı qanun vә sәrәncamlardan üstün tutan cavabdeh şәxslәr bu qәrәzә aydınlıq gәtirәcәklәr.

Әgәr 65 yaşdan sonra öz işini davam etdirmәk Azәrbaycan qanunlarının pozulması kimi qәbul olunursa, onda Dilçilik İnstitutunun 75 illik yubileyi tәntәnәli sürətdә qeyd olunan direktor hansı qanunla işdən azad olunandan sonra daha yüksәk vәzifәyә göndәrilir?!

Bәs, onda nә üçün ömrünü gәnc nәslin tәlim-tәrbiyәsinin cilalanmasına hәsr edәn, mәhsuldar әmәk qabiliyyәtini itirmәyәn, Azәrbaycan dili qrammatikasının 150 illik tarixinin tәdqiqi ilә bağlı yüzdәn artıq mәqalәnin, 20-dәn çox kitabın müəllifi, elmi mәqalәlәri dünyanın әn qabaqcıl ölkәlәrinin nüfuzlu jurnallarında çap olunan, işlәmәk hüququ Prezident fәrmanı ilә tәsbit olunan bir elmlәr doktorunun hüquqlarını BŞBTİ bilә-bilә pozub, onu ehtiyac içәrisindә boğmağa çalışır, onu öz işinә qaytarmaqda dirәniş göstәrir?!

Elә başa düşürәm ki, BŞBTİ öz sәhvini başa düşüb, qüvvәdә olan qanunlara әmәl edәcәk vә bizim qiymәtli vaxtımızın mәhkәmәlәrdә keçmәsinә şәrait yaratmayacaq.

Sәrdar ZEYNALOV,

Filologiya elmlәri doktoru, Sаbunçu rayonundaki 142 nömrəli mәktәbin dil-әdәbiyyat müәllimi

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR