"The Wall Street Journal": Qlobal maliyyə mərkəzləri sanksiyalardan yayınmaqda İrana kömək ediblər

2022-06-24 14:11:00

"The Wall Street Journal" qəzeti yaydığı hesabatda Qərb, Çin və Yaxın Şərqdəki bankların İranın Amerika sanksiyaları altında olan sənaye və enerji sahələrinə bank xidmətləri göstərərək sanksiyalardan yayınmaqda Tehrana yardım etdiklərini yazıb.
Sözügedən qəzet şirkət sənədlərini və qəbzləri araşdıraraq, habel Qərbin diplomat və kəşfiyyat rəsmiləri ilə danışıqlardan sonra vurğulayıb ki, İran dolayı idarə etdiyi şirkətlər, pul mübadiləsi məntəqələri və vasitəçilər şəbəkəsi üzərindən digər ölkələrdə onlarla bank hesabları açıb. 
Məlumata görə, İran hökuməti həmin bank hesabları vasitəsilə ildə milyard dollarlıq ticarət həyata keçirir.
İranın bir neçə diplomatı və yüksək vəzifəli dövlət rəsmisi "The Wall Street Journal" qəzetinə bildiriblər ki, 2011-ci ildə İranın sanksiyalardan yayınmaq mexanizminə ehtiyac yarandıqdan sonra ölkənin siyasi hakimiyyəti tərəfindən belə bir maliyyə şəbəkəsi hazırlanıb və həyata keçirilib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya