The Times of Israel: "Parçin" İranın raket istehsalı və nüvə araşdırmaları aparıldığı yerdir

2022-05-26 14:29:00

The Times of Israel:

"The Times of Israel" qəzeti mayın 25-i axşam saatlarında Tehranın cənubunda yerləşən Parçin bölgəsində İranın hərbi sənaye zavodlarında güclü partlayışın baş verməsi ilə bağlı yazı paylaşıb.
"Tehranın cənubundakı Parçin bölgəsi İranın raket istehsalı və nüvə tədqiqatlarının həyata keçirildiyi yerdir. Burada ötən illərdə bir çox partlayışlar baş verib. Bəziləri bunun İranın düşmənləri tərəfindən planlaşdırıldığını düşünür",-deyə qəzet yazıb.
Xatırladaq ki, 2020-ci ilin iyununda da Parçində partlayış baş vermişdi. Əldə edilən peyk görüntülərində sözügedən obyektə ciddi zərər dəydiyi görünürdü. Ondan öncə isə 2014 və 2007-ci illərdə də həmin təsisatda güclü partlayışlar meydana gəlib.

Ülviyyə, Hurriyyet.az

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya