"The New York Times": ABŞ kəşfiyyatı Ukraynaya rus generallarını öldürməkdə kömək edir

2022-05-05 13:02:00

Yüksək rütbəli ABŞ rəsmilərinə görə, Vaşqinton ukraynalılara müharibə zamanı bir çox rus generalına hücum etməyə və onları öldürməyə imkan verən kəşfiyyat məlumatları təqdim edib. Bu barədə "New York Times" xəbər verir. Belə ki, Ukrayna tərəfi cəbhə xəttində 12 generalı öldürdüyünü iddia edir ki, bu da hərbi analitikləri təəccübləndirir.
Hədəflərin təyin edilməsində yardım ABŞ-ın Ukraynanı döyüşün gedişində kəşfiyyat bilgiləri ilə təmin etmək səylərinə daxildir. Rəsmilər bildiriblər ki, kəşfiyyat həmçinin Moskvanın Donbassda döyüşmək üçün gizli döyüş planına dair Rusiya qoşunlarının hərəkətlərinin müşahidəsini də əhatə edir. Rusiya ABŞ-ın yardımı nəticəsində neçə generalın öldürüldüyünü dəqiqləşdirməkdən imtina edib.
ABŞ əsasən Rusiya ordusunun tez-tez köçürülən mobil qərargahının yerini və digər təfərrüatlarını təqdim etməyə diqqət yetirib. Ukrayna isə artilleriya zərbələri və digər hücumlar üçün hərbçilərinə yüksək rütbəli rus zabitlərinin olması barədə xəbərdarlıq edən ələ keçirilən rabitə də daxil olmaqla, bu coğrafi məlumatları öz kəşfiyyat məlumatları ilə birləşdirdi.
Kəşfiyyat məlumatlarının paylaşılması ABŞ-ın daha ağır silahlar və on milyardlarla yardımının bir hissəsidir.
Qeyd olunur ki, ABŞ kəşfiyyatının verdiyi dəstək Ukrayna hərbçilərinin müəyyən etdiyi hədəfləri təsdiqləyərək, onları yeni hədəflərə yönləndirməklə döyüş meydanına həlledici təsir göstərib.
Amerika rəsmiləri rus qoşunlarının qərargahı haqqında məlumatı necə əldə etdiklərini şərh etməyiblər, çünki bu məlumatların toplanmasının arealını təhlükə altına almaq qorxusu var. Lakin müharibə boyu ABŞ kəşfiyyat orqanları rus qoşunlarının hərəkətini izləmək üçün müxtəlif mənbələrdən, o cümlədən gizli və kommersiya peyklərindən istifadə edirdi.
Kəşfiyyat məlumatlarının ukraynalılarla paylaşılması ilə bağlı suala Pentaqonun sözçüsü Con Kirbi "bu məlumatın təfərrüatları barədə danışmayacağıq" deyib. Lakin o, etiraf edib ki, AB Ş Ukraynanı özünü müdafiə etmək üçün istifadə edə biləcəyi informasiya və kəşfiyyat məlumatları ilə təmin edir.
Daha sonra Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrian Vatson bildirib ki, döyüş meydanında kəşfiyyat məlumatları "rus generallarını qəsdən öldürmək" üçün ukraynalılarla paylaşılmır. Bütün zərbələr Amerika kəşfiyyatının köməyi ilə həyata keçirilməyib. Bir sıra Amerikalı rəsmiləri isə Pentaqonun açıqlamasını təkzib edirmiş kimi açıqlamalar verərək bildirirlər ki, general Valeri Gerasimovun gəldiyi həftə sonu Ukraynanın şərqində təşkil edilən zərbəni ABŞ kəşfiyyatı dəstəkləməyib. Çünki ABŞ Rusiyanın yüksək səviyyəli liderləri haqqında kəşfiyyat məlumatlarının paylaşılmasını qadağan edir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya