“The İnsider”: Navalnının həbsxanada zəhərləndiyi təsdiqlənib
Rusiyalı siyasətçi Aleksey Navalnının həbsxanada şübhəli ölümü ilə bağlı açılan və daha sonra rədd edilən cinayət işi ilə əlaqədar yeni detallar ortaya çıxıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The İnside”r saytı məlumat yayıb.
Belə ki, əvvəlcə ədliyyə mayoru Aleksandr Varapaevin imzaladığı sənəddə “siyasətçinin ölümündən əvvəl yerə uzanıb bundan sonra qarnındakı kəskin ağrılardan şikayət etməyə başladığı qeyd olunubmuş. O, refleksiv püskürməyə başlayıb, mədəsində qıcolmalar yaranıb, huşunu itirib və bu barədə dərhal islah müəssisəsinin tibb işçilərinə məlumat verilib.
Lakin bu fraqment cinayət işinin başlanması ilə bağlı rədd qərarının son variantından itib. Eyni zamanda Navalnının ölümündən sonra tərtib edilmiş müsadirə olunmuş əşyaların inventarında "yuyulmalar və bərk qusma parçaları"nın olduğu göstərilir. Lakin onlar əvvəllər bildirilməyən ekspertizaya göndərilib.
Bu məlumatlar ərinin ölümündən əvvəl son dəqiqələrdə qarnında kəskin ağrılardan şikayət etdiyini söyləyən Yuliya Navalnayanın sözlərini təsdiqləyir. Müxalifətçinin özü həbsdə olarkən müdafiə tərəfinə ölüm təhdid altında olduğunu deyibmiş
Ümumilikkdə siyasətçinin ölümü ilə bağlı yüzlərlə rəsmi sənədə çıxış əldə olunub. Onları 2020-ci ilin avqustunda Omskda Noviçok zəhərlənməsindən sonra Navalnıya müalicə edən reanimatoloq Aleksandr Polupan analiz edib. O, simptomların zəhərlənmədən başqa heç bir şeylə izah edilə bilməyəcəyini ifadə edib.
Bu ilin sentyabr ayının əvvəlində məlum olub ki, Yamalo-Nenets Muxtar Dairəsi prokurorluğu “Qütb canavarı” həbsxanasında müxalifətçinin ölümü ilə bağlı cinayət işinin başlanmasından imtina etmək barədə İstintaq Komitəsinin qərarını ləğv edib. Həmin qərara imza atan Varapaev daha yüksək vəzifəyə keçirilib.