“The Guardian”: London Kiyevə Rusiyanın dərinliklərinə zərbə icazəsi verəcək
2024-09-12 11:35:45
London Kiyevə Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək üçün "Storm Shadow" raketlərindən istifadə etməyə icazə verəcək. Bu barədə “The Guardian” yazıb.
Nəşr yazır ki, Britaniya hakimiyyəti artıq qərar qəbul edib, lakin bunu açıq elan etməyəcək.
Nəşrin mənbələrinə görə, “Storm Shadow ilə bağlı müsbət qərar qəbul edilməsəydi”, ABŞ dövlət katibi Blinken və Böyük Britaniyanın xarici işlər naziri Lammi Ukrayna prezidenti ilə görüş üçün Kiyevə gəlməzdilər.
Ülviyyə, Hurriyyet.az