“The Economist”: Rusiya əhalisi məhz son üç ildə sürətlə azalır

2023-03-09 14:17:00

“The Economist”: Rusiya əhalisi məhz son üç ildə sürətlə azalır

“The Economist” yazır ki, Rusiya əhalisi xüsusilə son üç ildə sürətlə azalır. Bu, Covid-19 pandemiyasının başlamasından bəri davam edir və Ukraynaya qarşı müharibə səbəbindən indi də davam edir.
Nəşr hesablayıb ki, 500 mindən bir milyona qədər rus xaricə gedib. Rabitə Nazirliyinin məlumatına görə, 2022-ci ildə işçi qüvvəsinin 10%-i ölkəni tərk edib.
Rusiya Federasiyası əhalisi 1994-cü ildə, 149 milyon insanın yaşadığı zaman pik həddinə çatdı. BMT-nin 2021-ci il üçün hesablaması Krım istisna olmaqla 145 milyon idi.
Əgər bu tendensiya yarım əsrdə də davam edərsə, rusların sayı 120 milyona qədər azala bilər ki, bu da Rusiyanı dünyanın ən çox əhalisi olan 15-ci ölkəyə çevirəcək, halbuki 1995-ci ildə bu, 6-cı idi.
Rusiyalı demoqraflar qeyd edirlər ki, ötən ilin aprelində qeydə alınan doğumların sayı 18-ci əsrdən bəri ən aşağı göstəricidir.
Rosstatın məlumatına görə, 2020-2021-ci illərdə ölkə əhalisi 1,3 milyon nəfər azalıb, ölüm nisbəti isə doğum nisbətini 1,7 milyon nəfər ötüb, etnik rusların əhalidəki payı 78 faizdən 72 faizə düşüb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.166382