Təzyiqi ölçmək üçün tatu icad olundu
2022-06-27 22:08:00
Texas Universitetinin alimləri qan təzyiqini ölçmək üçün mikroçipli tatu (e-tatu) hazırlayıblar.
Əldə edilən məlumatları oxumaq və təzyiq göstəricisinə çevirmək üçün alimlər xüsusi neyron şəbəkəsi yaradıblar.
Tatu çəkisiz və nəzərə çarpmayacaq şəkildə hazırlanıb. O, öz sahibini narahat etmir.
Elektron döymənin davamlı monitorinqi istənilən vəziyyətdə qan təzyiqini ölçməyə imkan verir: Stress zamanı, yatarkən, idman edərkən və s. O, bir neçə gün ərzində qısa fasilələrlə minlərlə ölçmə apara və insanın təzyiqinin ətraflı təsvirini verə bilər.
Texnologiyalanın nə vaxt dövriyyəyə buraxılacağı barədə məlumat verilmir. \\Medicina