“Tezliklə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər” – ABŞ-dan razılaşmanın mətni barəsində açıqlama
2023-03-23 14:17:00
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycanla Ermənistanın tezliklə sülh razılaşması əldə edə biləcəyini bəyan edib.
Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən Blinken deyib: “Sülh müqaviləsinə hazırlığı başa çatdırmağa imkan verən münbit zəmin mövcuddur. Mən Münhen təhlükəsizlik konfransında Paşinyan və Əliyevlə görüşdüm. Xarici işlər nazirləri bu yaxınlarda Vaşinqtonda olublar. Biz mətn (razılaşmanın mətni – red.) üzərində işləmişik”.
Hürr Tərcüman