Saat:23:09
Haqqımızda

Təzəxən Mirələmli DTX tərəfindən saxlanıldı

2025-12-05 21:06:42

Təzəxən Mirələmli DTX tərəfindən saxlanıldı

AXCP sədri Əli Kərimlinin həbsinin ardından partiyanın Nəzarət Təftiş Komissiyasının üzvü Təzəxən Mirələmli də saxlanılıb.

Hurriyyet.Az Musavat.com-a istinadla xəbər verir ki, bu gün günorta saatlarında Ə.Kərimlinin apellyasiya məhkəməsi öncəsi Dövlət Təhlükəsizlik Xidmətininin əməkdaşları tərəfindən AXCP fəalının evində axtarış aparılıb, ona məxsus kompüter, telefon və başqa əşyalar götürülüb.

Özü isə DTX-yə aparılıb. Bu barədə sosial şəbəkələrdə onun ailə üzvləri məlumat yayıblar.

Qeyd edək ki, AXCP-də həbslər ötən həftənin şənbə günündən başlayıb. Partiya rəhbərliyi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev işi üzrə istintaqa cəlb olunurlar. Artıq AXCP sədri Əli Kərimli və müşaviri Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri seçilib