Saat:07:57
Haqqımızda

"Təyyarə qəzasından sağ çıxan yoxdur"

2025-01-30 17:34:02

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kolumbiya rayonunun yanğınsöndürmə xidmətinin rəhbəri Con Donnelinin jurnalistlərə verdiyi açıqlamaya görə, hakimiyyət orqanları Vaşinqton yaxınlığında sərnişin təyyarəsi ilə hərbi vertolyotun toqquşması nəticəsində baş vermiş qəzadan sonra heç kimin sağ qalmadığı qənaətinə gəlib.
Təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü, helikopterdə isə 3 əsgər olub. Məlumata görə, təyyarə ilə toqquşan ABŞ quru qüvvələrinə məxsus Black Hawk helikopteri təlim uçuşunda idi.
NBC telekanalının məlumatına görə, xilasedicilər soyuq Potomak çayından (suyun temperaturu 0 dərəcəyə yaxındır) 30-dan çox qurbanın cəsədini çıxarıblar, xilasetmə əməliyyatı ən çətin şəraitdə aparılır.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.377568