Saat:13:49
Haqqımızda

Təyyarə qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirilir

2025-11-14 12:06:59

Təyyarə qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirilir

Gürcüstanda qəzaya uğrayan C-130 yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankaradakı Mürted Hava Bazasında vida mərasimi keçirilir.

Hurriyyet.az xəbər verir ki, mərasimdə hərbçilərin ailələri və yaxınları ilə yanaşı, siyasətçilər və Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti iştirak edir.

Hərbçilərin 19-u bu gün, pilot polkovnik-leytenant Gökhan Korkmazın cənazəsi isə Şənbə günü İstanbulda dəfn ediləcək.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə uçan Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində hərbi sursat olmayıb. Nazirlik təyyarədəki heyətin Zəfər Günü ilə əlaqədar Azərbaycana getmiş F-16-ların texniki xidmət heyəti olduğunu açıqlayıb.