Təyyarə qəzası! Göyərtədəki 12 nəfər...
2025-10-28 13:17:37
Hurriyyet.az xəbər verir ki, Keniyada təyyarə qəzası baş verib. Parçalanmış təyyarənin göyərtəsində 12 nəfər olub. AP agentliyinin məlumatına görə, onların hamısı həlak olublar.
Bu barədə Keniya Mülki Aviasiya İdarəsi məlumat verib. Hadisə ölkənin şərqindəki Kvale rayonunda baş verib. Hadisə yerində xilasedicilər işləyirlər.
Təyyarənin içərisində olmuş insanların milliyətləri barəsində hələ açıqlama verilməyib.
Hürr Tərcüman
