Teymur Rəcəbov və digər şahmatçılarımızın FİDE-nin yeni reytinqindəki yerləri bəlli olub
2023-03-01 23:01:00

Hurriyyet.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinqini açıqlayıb.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov FİDE-nin rəsmi saytında yerləşdirilən reytinqin ilk onluğuna qayıdıb. 36 yaşlı qrossmeyster 2747 xalla 10-cu yerdədir. Yığmanın digər qrossmeysteri Şəhriyar Məmmədyarov isə 2738 xalla 15-ci yeri tutub.
Şahmatçılarımızdan Qədir Hüseynov (2661) 83-cü, Rauf Məmmədov (2646) isə 100-cüdür.
Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. İkinci yerdə rusiyalı Yan Nepomyaşiy (2795), üçüncü çinli Dinq Lijen (2788) qərarlaşıb.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya