Təxribatlardan qopan qılıncların Türkiyənin bağrına sancılmasına imkan verməməliyik – ELDAR SABİROĞLU YAZIR
.jpg)
Bütün türk dünyası bu gün qardaş Türkiyədə baş verən zəlzələ fəlakətinin törətdiyi faciənin acısını yaşamaqdadır. Nə qədər yer üzündə insanlıq mövcud olacaqsa bu dərd, bu qəm-qüssə də onunla birlikdə olacaqdır. Fəlakətin qan verən yaraları qəbir evinədək sızıldayacaq yenilməz türkün!
Lakin bir həqiqət, bir gerçəkıik var ki, üzərindən sükutla keçmək olmur. Türkiyənin bətnində böyüdülən və zənginləşən, böyük-böyük siyasi mövqelər, intihasız iqtisadi imkanlar əldə edənlərin görünür, zəka və bilikləri yalnız buradək imiş... Axı necə belə rəzalətə dözmək olar ki, bir yanda həyatını itirmiş körpə qızının əlindən tutaraq, ahu-naləsi ərşə qalxan üzgün atanın fəryadına bütün dünya göz yaşı tökür, digər yanda isə hökuməti devirmək kimi alçaqcasına fitnə-fəsadlara yol verilir. Məgər gözləmək, dövlətə problemlər yaratmamaq bu qədərmi vecsiz bir şeyimiş!?
İqtidara gəlməyin yolu-irzi bir mənəvi əxlaq, məmləkətin acı günlərində ona dayaq durmaq kimi vətəndaş qayğısı və nəhayət, ürək yanğısı tələb edir. Bu, həm də vətən övladının özü ilə bərabər axirət dünyasına daşıdığı bir rəhmət duasıdır ki, bunu bilməyənin, anlamayanın özünü əsl türk adlandırması əbəsdir. Beləsinin yeri cəhənnəmdə indidən hazırdır. Mən Ərdoğanın nə vəkili, nə də dilmancıyam. Və bu da aşkardır ki, Azərbaycan türkü olaraq mən onun siyasi baxışlarını müdafiə edirəm. Ona bir macal vermək gərəkdir ki, görək bu ağır yükün altından necə çıxır!?
Təxribatlardan qopan qılıncların Türkiyənin bağrına sancılacağına imkan verməməliyik. Hər bir türk, hər bir kürd, milliyətindən asılı olmayaraq hər bir Türkiyə vətəndaşı ayaqlar üstündə dimdik dayanaraq siyasi qovğaları kənara atmalı, dağıntılar altında qalan şəhərlərimizi, illərimizi, köylərimizi, xiyaban və istirahət parklarımızı yenidən, özü də çox möhtəşəm bir halə gətirmək barədə düşünməlidir. O zaman minlərlə və on minlərlə şəhidimizin müqəddəs ruhu rahatlıq tapar.
Qəlbimizin dərinliyində Türkiyəyə bəslədiyimiz sevgi əbədidir. Sonda xüsusi bir duyğu ilə Azərbaycan prezidenti və onun xanımının Türkiyəyə qardaşlıq köməyini qeyd etməsəm, ədalətsiz olardım…
Eldar SABİROĞLU
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya