"TƏXRİBATLARA MİSLİ İLƏ CAVAB VERİLƏCƏK!" - Generaldan və polkovnikdən açıqlamalar

2023-04-12 17:14:00

“Ermənistanın şərti sərhədlərimizdə törətdiyi təxribatlar artıq son həddir. Bu, irimiqyaslı, planlaşdırılmış, qəsdən törədilmiş bir terror əməlidir. Təbii ki, sərt şəkildə qarşısı alındı”.

Bu sözlər hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenan Alp Arslan İmamqulu deyib.

Ekspert bildirib ki, bundan sonra da lazımi addımlar atılacaq: “Bu təxribatların arxasında bir sıra dövlətlər var ki, həm güneyimizdə, həm quzeyimizdə olan ölkələrin maraqlarına xitab edir. Rusiyanın susqunluğu o demək deyil ki, bu təxribata heç bir şəkildə daxil deyil. Rusiya proksi fəaliyyət olaraq İranın arxasında durub, İran vasitəsilə Ermənistana dəstək verir. Ermənistan diviziyalarının bir çox təchizatı Rusiya tərəfindən təmin olunur. Bu əməliyyatlarda İran tərəfindən istehsal olunan PUA-lardan istifadə olunması bizə qarşı törədilmiş hərbi cinayətdir. Təbii ki, bundan sonra adekvat tədbirlər olaraq birə yüz mislində cavab verilməlidir ki, növbəti təxribatlar törədilə bilməsin”.

“Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm! Azərbaycan dövlətinin və xalqının başı sağ olsun. Bu təxribat gözlənilən idi. Ermənistan uzun müddətdir ki, pozucu fəaliyyət üçün fürsət axtarırdı. Məqsəd atəşkəsin sülh müqaviləsinə çevrilməsinin qarşısını almaqdır”.

Bu sözləri isəTürkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

16631357166220740652_1200x630.jpg (213 KB)

General bildirib ki, Ermənistanın yeni sığınacağı, daydayı İrandır: “Həm Ermənistana, həm də Azərbaycana qonşu olan İran bitərəf olmaq əvəzinə, strateji prioriteti Ermənistana verib. İran Ermənistana hər cür - siyasi, diplomatik, hərbi dəstək verir. Bugünkü təxribatda da İranın silahlarından istifadə edildiyi göründü. Təxribatın törədildiyi saatdan indiyə qədər Azərbaycan-Ermənistan-İran sərhədində İran PUA-ları kəşfiyyat işlərini davam etdirir. Bu, onların əlbir olduqlarının sübutudur. Atəşkəs razılaşmasından 30 ay keçməsinə baxmayaraq, Ermənistan verdiyi sözlərə əməl etmir, ikili oyun oynayır, sülh müqaviləsi niyyəti yoxdur. Ermənistan mövcud durumdan qazanmağa çalışır”.

sehid.jpg (166 KB)

Yücel Karauz qeyd edib ki, şəhidlərimizin qanı yerdə qalmayacaq: Azərbaycan əsgərinin axan 1 damla qanına, Azərbaycan torpağının bir qarışına edilən hücumlara, təxribatlara misli ilə cavab veriləcək. Ermənistan ordusuna birinci səviyyəli həyəcan siqnalı verilib. Bu, təxribatın planlı şəkildə həyata keçirildiyini göstərir. Çünki Ermənistan ordusunda bu səviyyədə hazırlıq olmayıb. Erməni mənbələrində mülki şəxslərin belə silahlandırıldığı, səfərbər edildiyi haqda görüntülər yayılıb. Bu, Azərbaycanın uzatdığı barış əlini geri çevirən Ermənistanın son xətası olacaq. Əminəm ki, Ermənistan dəmir yumruğu bir daha başında hiss edərək ən qısa vaxtda sülh müqaviləsini imzalamaq üçün can atacaq. Hesab edirəm ki, Ermənistan Türkiyənin də prosesə qatılması üçün planlar qurur. Türkiyə sona qədər CAN Azərbaycanın yanında olacaq”.(musavat.com)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.217920