Saat:12:40
Haqqımızda

Təxribatlar davam edərsə,"Qisas"ın davamı da gələcək - AÇIQLAMA

2022-08-09 15:31:00

Təxribatlar davam edərsə,

Dünən Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub. Məlumata görə 6 hadisə Azərbaycan - Ermənistan dövlət sərhədində, 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə baş verib.

Baş verənləri saytımıza şərh edən siyasi ekspert Kənan Novruzov hesab edir ki, "Qisas" əməliyyatının nəticə verəcəyinə ümid etsək də belə olmadı.

"Ermənilər Laçın boşaltmağa başlasa da, provokasiyalar ara vermir. Əlbəttə, təxribatları Qarabağdakı terrorçu ermənilər törədir. Amma sülhməramlılar da bu məsələdə maraqlı ola bilərlər. Birincisi, ona görə ki, Kreml Qarabağdakı mövcudluğunu qorumaq, mümkünsə, sülhməramlıların sayını artırmaq istəyir. İkincisi, indi Ermənistanda Qərblə Moskva arasında mübarizə gedir. Belə olan halda sülhməramlı "kartı" Rusiya üçün əsas "kozır"dır. Lakin sabotajların arxasında kimin və hansı məqsədlərin dayanmasının bizim üçün heç bir fərqi yoxdur. Biz həm qarşı tərəfə, həm də vasitəçi Rusiyaya xəbərdarlıq etmişik. Bildirmişik ki, bu yolla İrəvanın vaxt udmasına imkan verə bilmərik. Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə fransalı həmkarı Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında söylədi ki, gərginliyə görə Ermənistan hərbi - siyasi hakimiyyəti məsuliyyət daşıyır. Ermənistan bu xəbərdarlıqlardan dərs çıxarmaq fikrində olsa idi, təxribatlarını davam etdirməzdi".

Kənan Novruzov onu da qeyd etdi ki, Ermənistan Azərbaycana əks-hücum əməliyyatlarından başqa yol qoymurlar. Əgər təxribatlar davam edərsə, yəqin ki, "Qisas"ın davamı da gələcək. Bunu hər kəs - Rusiya da, Ermənistan da, beynəlxalq təşkilatlar da bilməlidir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR