Saat:06:45
Haqqımızda

Texnologiya Universitetinin magistr tələbəsi DƏRSƏ GƏLMƏDİYİ HALDA YÜKSƏK QİYMƏT ALDI...

2023-02-06 15:07:00

Texnologiya Universitetinin magistr tələbəsi DƏRSƏ GƏLMƏDİYİ HALDA YÜKSƏK QİYMƏT ALDI...

Ötən ayın sonlarında işində buraxdığı nöqsanlara görə, AQRAR Universitetinin dekanı korrupsiya tərəfində həbs olundu. Belə ki, bu halın digər universitetdə pik həddə olmağı qaçılmazdır. Dəfələrlə qeyd etmişik ki, Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Fuad Yusifovun qızı Əsli Yusifova, Bakı Şəhərində tam ştat işlədiyi halda Texnologiya Universitetində 2 -ci kurs Magistr tələbə kimi fəaliyyətini davam etdirir.

Adıçəkilən tələbə iki il ərzində dərsə gəlmədiyi halda ona imtahan nəticələrini yüksək yazaraq, kobud qanun pozuntusuna yol veriblər.

Əgər belə halın üstündə, yaxud da buna oxşar qanun pozuntusunun üstündə digər universitetin dekanı haqqında çəza tədbiri görülübsə, sual yaranır ki, Texnologiya Universitetinin Kafedra müdiri Fuad Yusifovun qızı, Əsli Yusifova haqqında məğbul qiymətlər yazan rəhbərlik niyə cəzası qalır..?

Diqqətinizə çatdıraq ki, magistr tələbənin hər iki valideyini Texnologiya Universitetinin əməkdaşıdır, atası İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Fuad Yusifov, anası isə İnsan Resursları Mərkəzinin mütəxəssisi Navalə Məlikovadır.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu işin araşdırılması tələb olunur...

Mövzuya qayıdacayıq...

Müxbir Tural Qabilli

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR