Texniki baxışda katalizator biznesi - FOTO
2024-02-03 13:30:01
Gürcüstanda Mixeil Saakaşvilinin dövründə texniki baxış ləğv edilmişdi. Bir neçə il əvvəl isə bu prosedur təkrar bərpa olunub.
Hurriyyet.az avtosfer.az-a istinadən xəbər verir ki, texniki baxış zamanı 2 məqama diqqət yetirilir: avtomobildən yağ axması və katalizatorun mövcudluğu.
Birincini həll etmək asandır. Baxışa gələn maşınlar buxarla yuyulub təmizlənir.
Katalizatorla bağlı vəziyyət isə başqadır. Artıq ölkədə bu sahə üzrə “ixtisaslaşan” servislər peyda olub. Bu servislərdə 100-200 lariyə (60-120 AZN) istənilən avtomobilə katalizator quraşdırılır, texniki baxışdan sonra isə sökülür. Bir sözlə, atam bicdir kündəni sayır, anam bicdir kündədən kəsir.