“Texnikabank”ın binası satışa çıxarılır
2023-04-03 22:40:00

Aprelin 27-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Hurriyyet.az xəbər verir ki, daşınmaz əmlak Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 32A ünvanında istifadədə olan 0,0261 hektar torpaq sahəsində yerləşən (ü/s 278,90 kv.m) qeyri-yaşayış binasıdır.
Daşınmaz əmlakın ilkin satış qiyməti 420 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir./Qafqazinfo
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya