Saat:21:15
Haqqımızda

“Tesla”ya rəqib gəlir! “Reno Rusiya” zavodunda “Moskviç” istehsal ediləcək

2022-05-16 21:08:00

“Tesla”ya rəqib gəlir! “Reno Rusiya” zavodunda “Moskviç” istehsal ediləcək

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Sənaye və Ticarət Nazirliyi bu ilin ərzində “Moskviç” avtomobillərinin istehsalının başlanacağını gözləyir.

“Moskviç” avtomobilləri paytaxtdakı keçmiş “Reno” (Fransanın “Renault” şirkəti) zavodunda istehsal ediləcək. Bu barədə açıqlamanı nazirliyin Avtomobil Sənayesi və Dəmiryolu Maşınqayırması Departamentinin direktoru Denis Pak verib. D.Pak “Rossiya 24” kanalına müsahibəsində yeni avtomibllərin istehsalına başlanacağından xəbər verərək deyib: “Mən bunu gözəl xəbər hesab edirəm. Moskva rəhbərliyi keçmiş “Reno Rusiya” avtomobil zavodunun idarəsini öz əlinə alıb. Artıq bu zavod “Moskviç” avtomobil zavodu adlandırılacaq. Bu ildən istehsalın başlanacağını gözləyirik”.

Aprel ayının sonunda Fransanın “Renault” (“Reno”) şirkəti Rusiyanı tərk eləmək qərarını verərək, həm paytaxt Moskvadakı zavodunu, həm də Tolyatti şəhərindəki “AvtoVaz” avtomobil zavodunu qarşılıqsız şəkildə Rusiyanın regional və federal hakimiyyətlərinə təhvil vermişdi.

Bu gün “Reno Rusiya” zavodu Moskva şəhər bələdiyyəsinin balansına keçirilib. Moskva meri Sergey Sobyanin zavodda tarixi “Moskviç” brendinin bərpa ediləcəyini, gələcəkdə zavodda elektromobil istehsalının da planlaşdırıldığını bəyan edib.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR