“Tərtər işi”nə Ramiz Rzayev mane olur - Daha böyük həbslər olacaq

2022-09-07 11:34:00

“Tərtər işi”nə Ramiz Rzayev mane olur - Daha böyük həbslər olacaq

Müdafiə Nazirliyində “Tərtər işi” ilə bağlı yeni həbs dalğası başlayıb.
Həbs olunanlar arasında Nazirliyin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov da var.

General barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub. “Tərtər” işi ilə bağlı ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 288 yeni şəxs müəyyən edilərək zərəçəkmiş şəxs qismində tanınıb. Ümumən isə cinayət işiləri üzrə indiyədək 405 zərəçəkmiş şəxs müəyyənləşib. Lakin zərərçəkənlərin daha çox olduğu deyilir.

Barmaqlılaq arasına göndərilənlərdən biri də ədliyyə mayoru, hərbi hüquqşünas Rahib Məmmədovdur. O, həmçinin, Rahib Bəşər imzası ilə yazıçı-şair kimi də tanınır.

Baş Prokurorluqdan verilən digər məlumata görə “Tərtər işi” çərçivəsində haqlarında hökm çıxarılmış 19 şəxsin məhkəmə qərarlarına yenidən baxılmasına qərar verilib.

“Tərtər işi” ilə bağlı həbs dalğasının çoxalması günhakarların tam şəkildə cəzalandırılması anlamına gəlirmi?

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Bakupost.az -a bildirib ki, “Tərtər işi” ilə bağlı daha böyük həbslər olacaq:

“Tərtər işi”ilə bağlı aparılan prosesləri qənaətbəxş hesab etmirəm. Həbs olunan Bəkir Orucov “Tərtər işin”də son söz sahiblərindən deyil. Generaldan savayı qərar qəbul edən digər şəxslər də var. Həmin şəxslərin 1 faizi belə hələ məsuliyyətə cəlb olunmayıb. Prokurorluğun apardığı işdən narazıyam. Ona görə ki, “Tərtər işin”də zabit Təmkin Nizamioğlunun qətlə yetirilməsilə bağlı bir məqam var. Bu dəfə ekspert onun işgəncələrlə öldüyünü təsdiq edib. Maraqlıdır, zabit həyatını itirdiyi vaxt ekspert rəyini verən şəxs məsuliyyətə cəlb olunubmu? Əminəm ki, o ekspert dindirilməyib, gözün üstə qaşın var da deyən olmayıb. Çünki Təmkin işgəncəyə məruz qalıb və 2017-ci ildə onun cənazəsi Ordubad rayonuna göndərilib. Bu misalla izah etmək istəyirəm ki, bu gün Bəkir Orucovun, ədliyyə mayoru Rahib Məmmədovun həbsi məsələnin həlli deyil. Bu şəxslər kimlərinsə göstərişini yerinə yetiriblər. Bu gün də deyirəm ki, Hərbi Prokuror Xanlar Vəliyev müvəqqəti olsa da vəzifədən uzaqlaşdırmalı, müavini general Şəfaət İmranov istintaq dövründə vəzifəsindən azad olunmalıdır”.

Ü.Cəfərov qeyd edib ki, “Tərtər işi”nin tam açılmasına ciddi cəhdlə mane olan qüvvələr mövcuddur:

“Bizdə dəqiq məlumat var ki, Ali Məhkəmədə oturan bəzi şəxslər, başda Ramiz Rzayev olmaqla “Tərtər işi”nin normal getməsinə çox ciddi cəhdlə əngəllər törədir. Fakt faktlığında qalır ki, işgəncələrdə adı dəfələrlə hallanan Bakı Şəhər Prokurorluğunun oğlu, hərbi dəniz qüvvələrində SAT deyilən xüsusi təyinatlıların komandiri olub, lakin bu gün Ali Məhkəmdə kollegiyanın sədridir. Bu məsələyə mütləq ölkə başçısının birbaşa müdaxiləsi lazımdır. 9 aydır istintaq qrupu yaradılıb, amma hiss olunur ki, istintaq qrupununa çox ciddi cəhdlə böyük qüvvələr maneələr törədir. Hər üç-dörd aydan bir 2 nəfər həbs etməklə iş sonlanmayacaq. “Tərtət işin”ə görə qərar çıxaran hakimlər də dərhal vəzifələrindən azad olunmalı, onların hakimliyinə xitam verilməlidir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000112