"Tərtər işi" ilə bağlı yeni qərarlar qəbul olunacaq - Polkovnik Ramaldanov

2022-09-09 15:46:00

"Tərtər işi" ilə bağlı saxlanılan şəxslər yeni məlumatlar verəcək. Həmin məlumatların əsasında yeni qərarlar qəbul oluna bilər.

Bunu açıqlamasında polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Ekspert Baş Prokurorluğun qərarı ilə "Tərtər işi"nin materiallarına yenidən baxılmasına başlanıldığını xatırladıb və deyib:

"Tərtər işi"niYeni istintaq qrupu yenidən araşdırılması aparır. Bu bir daha göstərir ki, dövlət "Tərtər işin"də biganə deyil. Məlumatları dəqiq yoxlamaq üçün yeni istintaq qrupu şəffaf şəkildə işini davam etdirir. Bunun nəticəsidir ki, biz müəyyən yüksək rütbəli şəxslərin həbs olunduğunun şahidi oluruq".

Ş.Ramaldanov qeyd edib ki, "Tərtər işi"nin yekunu haqqında danışmaq hələ tezdir:

"Həbs olunanlar arasında general və polkovnik də var. Bu bir daha göstərir ki, hazıkı istintaq qrupu işini yeni əldə edilmiş materiallar əsasında aparır və əvvəllki istintaq qrupunun nöqsanlarını aradan qaldırır. Nəticədə ciddi qərarlar qəbul edilir. "Tərtər işi"nin ədalətli formada həllini tapmasını istəyirik. Hər halda bütün məlumatlar toplanır, iş yekunlaşanda daha ətraflı analiz etmək mümkün olacaq".

Bakupost.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.065469