Saat:06:35
Haqqımızda

"Terrorçular zala qapıdan girməyib" - Araz Ağalarov "Krokus" terrorundan danışdı - VİDEO

2024-03-25 09:07:52

“Crocus City Hall”un sahibi Araz Ağalarov konsert zalında baş verən terror aktına münasibət bildirib.

Hurriyyet.az xəbər verir ki, o, RBK-ya müsahibəsində baş verənləri insani dəyərlər baxımından izaholunmaz adlandırıb.

“Dəhşətli faciə baş verdi və artıq deyilib ki, son 20 ildə belə bir şey olmayıb”,-deyə Araz Ağalarov bildirib.

Onun sözlərinə görə, terrorçular zala qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar: "Əllərində avtomat silahı var idi. Gördükləri hər şeyə atəş açmağa başladılar. Bütün insanlar, mühafizəçilərə. Bir mühafizəçi öldü, biri yaralandı. Onlar heç mühafizəçi də deyillər. Biz onlara "nəzarətçi" deyirik".

bakupost.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.180968