Terrorçular MDB ölkələrində stabilliyi poza bilər - Putin

2021-10-13 23:18:00

Terrorçular MDB ölkələrində stabilliyi poza bilər - Putin

İraq və Suriyadan olan terrorçular Əfqanıstanda toplanır, onlar MDB ölkələrində stabilliyi poza bilərlər.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

"Bu baxımdan Əfqanıstan sərhədindəki vəziyyəti daim izləmək, yaraqlılara qarşı hazır olmaq və bunun üçün güc strukturlarının işini koordinasiya etmək, lazım gələrsə, birgə xüsusi əməliyyatlar keçirmək vacibdir", - Putin bildirib. \\Axar