Terrorçu PKK simasından açıqlama: Türkiyədəki “əməliyyatlar” müvəqqəti dayandırılır

2023-02-10 12:31:00

Terrorçu PKK simasından açıqlama: Türkiyədəki “əməliyyatlar” müvəqqəti dayandırılır

PKK terror təşkilatının "qurucu simaları"ndan biri Cəmil Bayık bildirib ki, Türkiyə ilə Suriyada baş verən güclü zəlzələdən sonra qanunsuz kürd yaraqlıları Türkiyədəki “əməliyyatlarını” müvəqqəti dayandırırlar.
“Türkiyədə, şəhərlərdə əməliyyatları dayandırın. Türkiyə dövləti hücum etmədikcə heç bir əməliyyat keçirməmək qərarına gəldik”, deyə PKK yaxın olan ANF xəbər agentliyi cümə axşamı günü lider Cəmil Bayıka istinadla bildirib.
“Zəlzələ böyük fəlakətə səbəb oldu. Minlərlə insanımız dağıntılar altındadır. Hər kəs bütün imkanlarından istifadə edərək səfərbər olmalıdır”, deyə o əlavə edib.
PKK on minlərlə mülki vətəndaşın və təhlükəsizlik işçisinin ölümünə səbəb olan Türkiyə dövlətinə qarşı on illərdir ki, terror fəaliyyətindədir.
Dekabr ayında Türkiyənin cənub-şərqində zirehli polis furqonuna bomba qoyulmuş, 9 nəfər yaralanmışdı. Bir ay sonra İstanbulda baş verən partlayışda 6 nəfər həlak oldu və Ankara PKK-nı günahlandırdı.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.161813