Saat:17:45
Haqqımızda

Terror aktında zərərçəkənlər Ağalarovlara cinayət işinin açılmasını istəyirlər

2024-04-04 11:17:39

Terror aktında zərərçəkənlər Ağalarovlara cinayət işinin açılmasını istəyirlər

”Crocus City Hall”da törədilən terror aktında zərərçəkənlər konsert zalının sahiblərinə qarşı cinayət işinin başlanması üçün Rusiya İstintaq Komitəsinə (İK) ərizə ilə müraciət ediblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə vəkil İqor Trunov məlumat verib .

Onun sözlərinə görə, zərərçəkənlər təhlükəli xidmət göstərən iş adamlarının məsuliyyətə cəlb olunmasını xahiş edirlər.

Ərizə aprelin 2-də İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə təqdim edilib. Onu “Piknik” qrupunun konsertini çəkməli olan çəkiliş qrupunun rəhbəri və terror aktında həlak olanların yaxınları da daxil olmaqla 11 nəfər imzalayıb.

Ərizədə iddia edilir ki, “Crocus” 90-cı illərin sonunda layihələndirilsə də, 2009-cu illərdə tikilib. O vaxtdan bəri təhlükəsizlik tələbləri çox dəyişib. Bununla belə, konsert zalının sahibləri təhlükəsizliyin təmin edilməsinə lazımi qədər diqqət ayırmayıblar.

Trunovun sözlərinə görə, yanğın başlayandan bir neçə saniyə sonra zaldakı səhnə pərdəsi və stullar yanıb, baxmayaraq ki, qaydalara görə onlar odadavamlı materiallardan hazırlanmalıdır.

Sənəddə həmçinin bildirilib ki, yanğınsöndürmə texnikası və tüstüdən təmizləmə sistemi işləməyib. Trunov şahidlərə istinadən aydınlıq gətirib ki, terror aktı zamanı bir çox təcili çıxışlar bağlı olub.

Bütün bu və digər halları nəzərə alaraq, hüquqşünas hesab edir ki, “Crocus” sahibləri ağır nəticələrə görə birbaşa məsuliyyət daşıyırlar.

Qeyd edək ki, martın 22-də axşam saatlarında silahlı şəxslər “Crocus City Hall”da tamaşaçılara atəş açıb, sonra da zalda yanğın törədiblər.

Yanğın təxminən 13 min kvadratmetr ərazini əhatə edib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, terror aktı nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb. İş üzrə 12 şübhəli saxlanılıb, onlardan 10-u həbs edilib, 4-ü hücumun birbaşa iştirakçısı olub.
Xatırladaq ki, “Crocus City Hall” kompleksinin sahibi “Crocus” qrupudur. Bu qrupun sahibi azərbaycanlı iş adamı Araz Ağalarovdur.

yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR