Tərcüməçi Putinlə Dodikin görüşündə söyüş söydü - VİDEO

2022-06-18 16:24:00

Tərcüməçi Putinlə Dodikin görüşündə söyüş söydü - VİDEO

Rusiya prezidenti Vladimir Putinlə Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Milorad Dodik arasında keçirilən görüşdə maraqlı hadisə baş verib.

Hurriyyet.az xəbər verir ki, sinxron şəkildə tərcüməçilik edən şəxs uzun bir cümləni tərcümə etdikdən sonra leksik normalara riayət etməyib və sonda dərindən nəfəs alaraq söyüş işlədib. Sosial şəbəkələrdə trendə çevrilən bu hadisə xarici KİV-in də diqqətini çəkib. Həmçinin, görüşün az qala gecə yarısı baş tutduğu qeyd edilir.

Qeyd edək ki, Putin Dodiklə görüşdə Rusiyanın Bosniya və Hersiqovena ilə münasibətlərindəki çətinliklərdən danışıb. Eyni zamanda, Rusiya lideri əminliyini bildirib ki, dövlətlər arasında əlaqələr inkişaf edəcək.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya