Təranə Səmədaova azadlığa çıxa bilər
"Təranə gələn il yaya qədər azadlığa çıxacaq. Suel də mənim ailəmin yanında idi, indi də bizimlədir. O biri qızı isə uşaq evindədir. Gedib onu da görəcəyəm. Mən Abbasdan onunla bağlı şikayəti geri götürmə sənədini aldım. Təranə yaya qədər, bəlkə də daha tez azadlığa çıxacaq. Çıxsın, əlimizdən gəldiyi qədər yanında olacağıq".
Hurriyyet.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "Tarixin bir günü" verilişində deyib.
İfaçı bildirib ki, Təranə cəzasının üçdə birini çəkib:
"Suelin göz yaşları məni çox üzdü. Təranənin cəzası bir il azaldılıb. Onun evini də remont etdirəcəyəm. Təki azadlığa çıxsın".
O, Təranədən şikayətçi olan Abbas Səfərovun ərizəsini geri götürdüyünü bildirib. Rəqsanə Abbasa 2500 manat pul ödədiyini də deyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə Abbasın fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub.
