Təqva nədir?

2023-01-14 23:56:00

Təqva nədir?

"Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq və bir.birinizi tanıyasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Əslində Allah yanında ən hörmətliniz ən təqvalınızdır. Şübhəsiz, Allah bilən, xəbərdardır."(Hucurat-13 )

Qurani-kərimdə çox təsadüf olunan sözlərdən biri də, "təqva"dır. Allah-təala öz bəndələrini təqvalı olmağa çağırır.

"Təqva" sözü lüğətdə özünü qorumaq, çəkinmək mənasını daşıyır. Başqa sözlə təqva, insanı nəfs istəklərindən çəkindirə biləcək daxili bir qüvvədir. Həzrəti Əli (ə) buyurur:"Bilin ey Allah bəndələri, təqva möhkəm və keçilməz bir qaladır".

Allahın Peyğəmbəri (s): "Bir xislət var ki, kim ona bağlı olsa, dünya və axirət onun əmrinə tabe olar və o, cənnəti əldə edər. Dedilər: O nədir, ey Allahın Peyğəmbəri? Buyurdu: Təqva! Kim insanların ən hörmətlisi olmaq istəyirsə, gərək Allahdan qorxsun. Həzrət sonra bu ayəni oxudu: Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər və ona güman etmədiyi yerdən ruzi verər.(Təlaq-2,3)

Qurani-kərimdə təqvanın çox sayda təsirlərindən söz açılır. Onlardan biri də insanın qəlbindən hicab və pərdələrin aradan qalxmasıdır.

Quranın müxtəlif ayələrində iman, təqva və dünyagörüşün arasında olan bağlılığa işarə olunub. O cümlədən "Ənfal" surəsinin 29-cu ayəsində deyilir:

یا اَیُّهَا الَّذِینَ آمَنُوا اِنْ تَتَّقُوا اللّهَ یَجْعَلْ لَکُمْ فُرْقاناً

"Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə haqla batili bir-birindən ayırd edən bir nuraniyyət verər."

Həmçinin "Bəqərə" surəsinin 282-ci ayəsində deyilir:

وَ اتَّقُوا اللّهَ وَ یُعَلِّمُکُمُ اللّهُ

"Təqvalı olun və Allah sizə təlim edər."

Bu ayələrdə birmənalı şəkildə deyilir ki, "əgər iman gətirsəniz və təqvalı olsanız Allah-tala sizə elə bir nur bəxş edər ki, onun işığı altında irəliləyə bilərsiniz".

Bu iki anlayış arasındakı əlaqəni bəzən bizim üçün açılmamış mənəvi yönlərindən əlavə əqli təhlil və araşdırma ilə də dərk etmək mümkündür. (رابطه این دو، علاوه بر جنبه هاى معنوى که بعضاً براى ما ناشناخته است، از نظر تحلیل عقلى نیز، قابل درک است)

Çünki idrakın qarşısında ən böyük maneə və insan qəlbinin ən böyük hicabı üsyankar həvəslər, uzun-uzun arzular, dünya malının caynağında əsir olmaqdır. Bunlar insana doğru mühakimə yürütməyə, həqiqətlərin üzünü olduğu kimi görməyə imkan vermir. Bu toz-torpaqlar iman və təqvanın sayəsində yatan zaman, bu qara və zülmət buludlar insan ruhunun səmasından çəkilən zaman, həqiqət günəşi qəlbin səhifəsinə nur saçan zaman, həqiqəti olduğu kimi görən zaman, mömin insan bu doğru və dərin idrakdan təsəvvür oluna bilməyəcək bir zövq alır və öz yolunu müqəddəs məqsədinə doğru istiqamətləndirərək irəliləyir.

Təqva, insanı maarifləndirdiyi və onu məlumatlandırdığı kimi, maarif və məlumat da insana təqva bəxş edir. Yəni, bu ikisi bir-birinə qarşılıqlı təsir göstərir. Bu üzdən məşhur bir hədisdə oxuyuruq:

لَوْ لا اَنَّ الشَّیاطِینَ یَحُوطُونَ عَلى قُلُوبِ بَنِى آدَمَ لَنَظَرُوا اِلى مَلَکُوتِ السَّمواتِ

" Əgər şeytanlar və şeytani xüsusiyyətlər insan qəlbinə hakim olmasaydı göylərin batini əzəmətini görə bilərdi. "

Bəziləri təqvanı tikanlıqdan keçərkən ətəyini yığıb, çox ehtiyatla addımlarını atan insanın qorunmasına oxşadırlar. "Təqva kiçik və böyük günahlardan uzaqlıqdır", deyənlər də olub. Kiçik günahlara tez-tez yol verən insanlara "dağlar da kiçik daşlardan düzəlir" deyə, təqvaya çağırışlar olur. Əli (ə) buyurmuşdur:İmam Əli (ə): "Kim təqvalı olsa....kəsilmiş lütf və ehsan yağışı yenidən ona yağar, qaçmış rəhmət ona tərəf qayıdar, qurumuş nemət bulaqları yenidən onun üçün qaynayar və azalmış bərəkət yağışı yenidən onun üçün tökülər."

Təqva müxtəlif sahələri əhatə edir. İnsanın iqtisadi, cinsi, ictimai, siyasi məsələlərdə təqvalı olması, bütün sahələrdə Allahdan çəkinməsi, onun kamala yetişməsinin zəruri şərtidir.

İmam Əli(ə) buyurur:

"Həqiqətən Allahdan qorxaraq təqvalı olmaq sizin qəlblərinizin dərdlərinin dərmanı, qəlblərinizin korluğunun bəsirəti, cismlərinizin xəstəliklərinin şəfası, sinələrinizin fəsadının islahı, ruhlarınızın çirkinliklərinin paklaşması, gözlərinizin zəifliyinin işığı, qəlblərinizin qorxu və iztirabının yatması və zülmətinizin qaralığının təmizlənməsidir."

Təqvanın təsirləri:

1. Dünya bərəkətlərindən faydalanmaq. Təqva İlahi nemətlərin sayını artırar.

2. Uzaqgörənlik. Təqvanın gətirdiyi faydalardan biri isə həyat işlərində uzaqgörən olmaqdır. Təqva uzaqgörənliyin əlaməti və günah isə qəflət və xatadır.

3. Çətinliklərdən nicat tapmaq və işlərin asan olması.

4. Qorxu və qəmdən uzaq olmaq.

5. Hüsni aqibət və behişt savabı.

6. Allahın sevimlisi olmaq.

Milli.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.291197