Tənqidçi jurnalist həbsxanaya çağırıldı
2024-09-27 14:44:40
Jurnalist və ictimai fəal Mustafa Neməti barəsində çıxarılan həbs cəzasını çəkmək üçün Tehranın Evin həbsxanasına çağırılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyası məlumat yayıb.
Bildirilib ki, Neməti “hökumətə qarşı təbliğat”, “müqəddəsləri təhqir etmək” və “yalan məlumat yaymaq” ittihamlarına görə 5 il 3 ay azadlıqdan məhrum edilib./Axar.az/