Saat:17:58
Haqqımızda

"Tənha anama 2 çörək alıb verilməsini xahiş etdim, ancaq..." - İcra başçısına şok - VİDEO

2021-07-27 16:17:00

Göyçay rayonu Çayarxı kəndində yaşayan Vətən müharibəsi iştirakçısı Əliyev Nicat Əbilağa oğlu tərəfindən

MÜRACİƏT

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib bildirirəm ki, anamla birlikdə çöllərdə qalmışıq. Bizim yaşayışımızı görən dəhşətə gələr.

Belə ki, mən Vətən müharibəsində N saylı hərbi hissənin tərkibində Suqovşan, Talış uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Qubadlının müdafiəsində olmuşam. Buna görə mən medallarla təltif edilmişəm.

Atam vəfat edib, evimiz olmadığı üçün anamla birlikdə Göyçay rayonu Çayarxı kəndində çölün düzündə köhnə uçuq-sökük ticarət köşkündə yaşayırıq. Dörd kv-m ölçüsü olan həmin ticarət köşkünün döşəməsi yoxdur, tavanı damır. Gördüyünüz bu yerdə heyvan saxlamağa yaramır, ancaq biz burada yaşamağa məcbur olmuşuq. 10 il əvvəl borca düşdüyümüz üçün evimizi satıb köhnə ticarət köşkünü kəndin çöllüyünə qoyub yaşayırıq. 

Daş bazarında fəhləlik edirəm ki, buna görə elə olur günlərlə işim olmur. Göyçay Rayon İcra Hakimiyyətinə ərizələrlə müraciət etmişəm, ancaq heç bir köməklik göstərilməyib. Həttda mən Vətən müharibəsində olan zaman Göyçay rayon İcra  Hakimiyyətinə zəng edib tənha qalmış anama iki ədəd çörək alıb verilməsini xahiş etmişəm. Ancaq xahişimi nəzərə almadılar, bir dəfədə olsun anamla maraqlanmadılar.

35 yaşım var, evsizliyə imkansızlığa görə hələ ailə həyatı qurmamışam. Yaşadığımız daxmanın qazı və suyu yoxdur. Elektirik enerjisinə görə 700 manat borcumuz yaranıb. Bəlkə də Azərbaycan Respublikasında bizim kimi acınacaqlı şəraitdə yaşayan ikinci bir ailə yoxdur. Sağlamam və əmək qabiliyyətinə malik olsam da hələ də işlə təmin olunmamışam. Baxmayaraq ki, Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdayam. Acından ölməmək üçün Göyçayda daş bazarında fəhləlik edirəm. Bu iş isə daimi deyil, bir gün olur 5 gün olmur. Həyatda arzum evimizin olması və ailə həyatı qurmağımdır ki, imkansızlığa görə bu mümkünsüz olub.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb onlardan xahiş edirəm mümkün olarsa bizim yaşadığımız evin videosuna baxasınız və bizim ailəyə imkan daxilində köməklik göstərəsiniz. 

Əlaqə telefonu; (050) 667-19-11

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR