Saat:21:40
Haqqımızda

Təmir: sərnişinlər “Həzi Aslanov”a necə gedəcək?

2024-11-29 17:38:03

Təmir: sərnişinlər “Həzi Aslanov”a necə gedəcək?

Bakı Metropoliteni QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar “Həzi Aslanov” və “Əhmədli” stansiyaları arasında fərqli hərəkət cədvəli təşkil ediləcək.

Hurriyyet.az xəbər verir ki, QSC-dən Axar.az-a verilən məlumata görə, iki stansiya arasında qatarların hərəkət intervalı 10 dəqiqə olacaq.

Metronun digər stansiyaları istiqamətində hərəkət etmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatardan enərək digər yoldan “İçərişəhər” və “Dərnəgül” qatarları ilə hərəkət etməlidirlər.

“İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətindən “Həzi Aslanov” stansiyasına getmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatarı tərk etməli və digər yoldan gələn qatarı gözləməlidirlər.

"Qatarların yeni hərəkət qrafiki, 2 stansiya arasında intervalı nəzərə alaraq, “Həzi Aslanov” stansiyasından istifadə edən sərnişinlərimizdən səfər planlarını qurarkən mövcud interval fərqlərini nəzərə almalarını xahiş edirik. Sərnişinlərdən “Əhmədli” stansiyasında diqqətli olmağı xahiş edirik. Stansiyada mobil cihazlardan mümkün qədər az istifadə etmək, marşrut tablolarında istiqamət göstəricilərindəki məlumatları nəzərdən qaçırmamaq vacibdir. Həmçinin stansiyada veriləcək elanlara, növbətçinin məlumatlarına diqqət yetirmək, hərəkət ediləcək istiqamət üzrə yanlışlığa yol verməmək üçün qulaqlıqlardan mümkün qədər az istifadə edilməsi tövsiyə olunur", - deyə metropoliten bəyan edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.198361