“Televiziyaları yaltaqlıq aşılayan tələsik hazırlanan verilişlər işğal edib” - Etiraz

2022-09-09 11:24:00

“Televiziyaları yaltaqlıq aşılayan tələsik hazırlanan verilişlər işğal  edib” - Etiraz

“Əvvəllər yeni nəslin formalaşmasında ailə, məktəb, cəmiyyət, bədii ədəbiyyat, filmlər, televiziya və.s kimi  amillər çox mühüm rol oynayırdı. İndi ailələrdə tarixdə görünməyən bir gərginlik var”.

Hurriyyet.az bildirir ki, bunu sosioloq Əhməd Qəşəmoğlu deyib. Onun sözlərinə görə, hazırda cəmiyyətdə xeyli problemlər var:

“Bədii ədəbiyyat oxunmur, oxunanda da mənəvi aşınmaya daha çox yardım edən ədəbiyyat oxunur - oğru aləmindən, ucuz dedektiv, "boyevik" və s. Mənəvi dəyərlər aşılayan filmlər yox dərəcəsindədir. Televiziyaları bir çox hallarda yüngüllük, yaltaqlıq aşılayan tələsik hazırlanan verilişlər işğal  edib.Ümidimiz təkcə təhsil sisteminədir. Təhsil sistemi uzun illərdir ki, eksperimentlər obyektinə çevrilib, işsiz adamlar çoxalıb. Özünü əməyin hansısa növünə həsr etmək vərdişi yaddan çıxıb. Xeyli bekar adamlar yaranıb. İşsiz adamlarda müəyyən mənəvi dəyişiklik baş verir. İnsan xarakteri elədir ki, beşikdən başlayaraq özünü təsdiq etmək təlabatı var. Özünü hansısa konkret, maraqlı bir işdə təsdiq edə bilməyən adamlar bunun üçün yollar axtarır. Özünü mühüm adam kimi göstərmək isə bir çoxlarına bu sahədə kömək edir”.

Sosioloq qeyd edib ki, bu gün ətrafdan, televiziyalardan, sosial şəbəkələrdən alınan informasiyaların məzmunu ürəkaçan deyil:

“Televiziyalar özündən bədgüman adamların artmasında mühüm rol oynayır. Mənəvi dəyərlər arxa plana keçən yerdə hər zaman gərginlik, qarşıdurma, mənəvi aşınma baş verir. Yarımçıq düşünən insanların sayının çox olması olduqca arzuolunmaz bir göstəricidir”.

Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063000