Saat:12:21
Haqqımızda

Tələbəsi Cabbar Musayevi təhqirə görə məhkəməyə verdi

2022-01-18 09:40:00

Tələbəsi Cabbar Musayevi təhqirə görə məhkəməyə verdi

Müğənni Dəniz Əsədova həmkarı və müəllimi Cabbar Musayevi məhkəməyə verib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, qadın ifaçı tanınmış müğənnini onun şəxsiyyətini alçatmaqda ittiham edib.

İttihama görə, Cabbar Musayev sosial şəbəkələrdə saxta hesab açaraq D.Əsədovanı və ailəsini təhqir edib.

Məhkəmənin hazırlıq iclası yanvarın 24-nə təyin olunub. Binəqədi rayon Məhkəməsində keçiriləcək prosesə hakim Mahirə Kərimova sədrlik edəcək.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR