Saat:10:26
Haqqımızda

Tələbə universitetə saqqalı gələ bilərmi?

2024-04-30 15:55:23

Tələbə universitetə saqqalı gələ bilərmi?

Universitetlər özlərinin daxili qaydalarına istinad edərək tələbələrin hüquqlarını pozurlar. Onların bu cür hərəkətləri təhsil haqqında qanuna ziddir. 

Ali təhsil müəssisələrinin daxili qaydalarına əsaslanaraq tələbələrin saç-saqqa saxlamasına müdaxiləsi mümkün deyil. Hər bir tələbənin geyimi və saç-saqqalı onun özünün seçimidir. 

Universitetlərin bu məsələdəki müdaxiləsi yolverilməzdir. Düzdür? hər bir universitetin nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyən etmək hüququ vardır. Amma bu o deməkdir ki, geyim forması müəyyən olunarkən təhsil alanların hüquqları və təhsil almaq hüquqları tapdanmamalıdır. Eyni zamanda ali təhsil müəssisələrinin daxilində təhsil alan və təhsil verənlərin münasibətləri Təhsilalanların daxili intizam Qaydaları ilə tənzimlənir. 

Yəni universitetlər daxili işlərində müstəqildirlər, amma bu zaman qanunvericilik aktlarına əmək etməyə borcludurlar.

Bəli. Amma onların hüquqlarını tapdamamaq şərti ilə. Yəni qadağalar təhsilin inkişafı üçün, keyfiyyətinin yüksəldilməsi üçün olmalıdır və bu əsaslandırılmış olmalıdır. Nəzəriyyə ilə yox.

Ola bilsin ki, təhsil haqqında qanunda hansısa məsələlərə toxunulmayıb. Əgər bu məsələ ilə bağlı qanunda heç nə qeyd edilməyibsə, bu o demək deyil ki, universitetlər daxili qaydaları ilə məsələləri istədikləri kimi tənzimləyə bilər. Bu hal tələbələrin hüquqlarını pozmaqla bərabər təhsil haqqında qanunun da demədiyi sözü deyir. Dolayısı ilə, qanundan kənar addım atılır.

Oksford Universiteti haqqında maraqlı bir yazı oxumuşdum. Orada qeyd olunurdu ki, universitetə kənardan baxanda tələbələrin əksəriyyətini oxşar geyimdə görürsən. Hətta onların davranışı belə bir-birinə bənzəyir.

 Standart tələbə davranışı, imici, geyimi, çantaları var. Bizdə isə xaotik vəziyyət hökm sürür. Saqqal saxlamaq, xoşagəlməz geyimlər geyinmək intizamsızlıq əlamətidir.

Hesab edirəm ki, bizə tələbənin forması deyil, məzmunu lazımdır. Forma isə məzmuna çox cüzi, üstəlik uzun müddətdən sonra təsir edə bilər. Məsələn, biz özümüz də cəmiyyət olaraq, formaca avropalıyıq, düşüncəmiz isə hələ də şərqli təfəkkürüdür.

Tələbələrin saqqal saxlaması, geyimi, davranışı kimi məsələlərdə optimal variantı tapmaq üçün sosioloji tədqiqat aparmaq vacibdir. Tək tələbələrin deyil, əhalinin də fikrini öyrənmək lazımdır.

Kamran Əsədov 

ADPU-nun Təhsildə Təhlil və Komunikasiyalar Mərkəzinin direktoru 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.193889