Təl-Əviv dayanmadan ATƏŞ ALTINDA - Dəmir Qübbə fasiləsiz İŞLƏYİR

2022-08-06 21:43:00

Təl-Əviv dayanmadan ATƏŞ ALTINDA - Dəmir Qübbə fasiləsiz İŞLƏYİR

Təl-Əviv dayanmadan atəş altındadır, ancaq Dəmir Qübbə də işləyir.

Fələstinin “İslami Cihad” təşkilatı Təl-Əvivi fasiləsiz atəşə tutub.

Şəhərə çoxlu sayda raket atıldığı bildirilir. Dəmir Qübbə sistemi birbaşa şəhərin üzərindəki raketləri vurur. Sistem yalnız paytaxtın mərkəzi üzərində 10-a yaxın raketi zərərsizləşdirib.

İsrail ordusu İslami Cihad təşkilatı tərəfindən İsrailə 361-dən çox raket atıldığını bildirib.

İsrail Müdafiə Qüvvələri bir gün əvvəl Qəzza zolağında İslami Cihad qruplaşmasının hərbi qanadının komandirlərindən birinin hədəfli şəkildə məhv edilməsinin görüntülərini yayıb.

Daha sonra İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağındakı hədəfləri bugünkü zərbələri zamanı hədəfin GBU-31 JDAM idarəolunan bomba ilə məhv edib.

Qeyd edək ki, “İslami Cihad” qruplaşması İsrailə müharibə elan etdiyini bildirib.

Video Oynadıcı

 

 

Xuraman Etibarlı,

KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064056