"Təklif edirəm ki, məktəblər ləğv edilsin. Çünki..." - Elçin Bayramlı

2023-01-24 20:26:00

"Problem nə müəllimlərdə, nə də şagirdlərdədir. Problemin kökün dəTəhsil nazirliyi və valideynlər dayanır".

Hurriyyet.Az bildirir ki, bunu 32gun.Az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı bildirib.

E.Bayramlı qeyd edib ki,  müəllimlə cana yığılıb: 

"Təhsil nazirliyinin tətbiq etdiyi eksperimentlər, kurikulum sistemi adından şagird yönümlü tədris proqamı ilə tətbiq olunan bu sistem məktəblərdə tamamilə anarxiya və özbaşınalıq yaradıb. Eyni zamanda bu kimi hallara şərait yaradaraq stimul veribdir. Digər tərəfdən valideynlər övladlarını tərbiyələndirmək xüsusiyyətini tərgidib. Psixoloqların təbliğatına görə, "Uşaqlara tərbiyə vermək lazım deyil, uşaqdır nə istəsə edə bilər" ilə uşaq hər şeyin mərkəzinə gətirilib. Heç bir tənbeh, cəza görməyən uşaqlar tamamilə qudurğan, harın, tərbiyəsiz hərəkətlər edirlər. Məktəblərdə baş verən insidentlərin 99 faizi uşaqların tərbiyəsiz hərəkətləri ilə bağlıdır. Müəllimlər artıq bu kimi hallardan cana yığılıb. Onların əsəbləri dəmirdən deyil. Onlarla tərbiyəsiz uşağı idarə etmək çətindir. Müəllimlərin demək olar ki, səlahiyyətləri tamamilə əllərindən alınıb. Əvvəllər müəllimlər və təhsil müəssisələri təhsillə yanaşı tərbiyədə verirdi. Lakin hazırda onların tərbiyə etmək səlahiyyətləri yoxdur, onlar sadəcə təhsil verməklə məşğul ola bilərlər. Uşaqlar isə öz növbəsində bu kimi fürsətlərdən istifadə edir. Artıq onlar bilirlər ki, müəllim onlara bu hərəkətlərinin qarşılığında heç nə deyə bilməyəcək. Uşaqların tərbiyəsiz davranışlarına qarşı müəllim tərəfindən görülən tənbehin sonu isə müəllimin cəzalandırılması, bəzən də onun işini itirməsi ilə nəticələnir. Buna görə də, bir çox müəllim bu kimi hallarında qarşısında danışa bilmir.

Onuda bildirim ki, mən bu hallarla bağlı çıxışlarımı sosial şəbəkələrdə paylaşıram. Çıxışlarıma 10 minlərlə şərhlər gəlir. Görmədiyimiz daha dəhşətli faktların olduğu müəyyən edilir. Biz sadəcə işıqlandırılan, yayımlanan hadisələri görürük. Hazırda vəziyyət çox acınacaqlıdır. Yəni bunun nəticəsi olaraq, tərbiyəsiz, qudurğan, özbaşına bir kütlə yetişdirilir. Onlar öz ailələrində ala bilmədikləri tərbiyəni məktəbdə nümayiş etdirirlər. Bu cəmiyyətin inikasıdır. Bizim valideynlərimizin məktəblərdəki inikasıdır. Onlarən mədəniyyət səviyyəsinin uşaqlar tərəfindən nümayişidir. Bu məsələlər çox dərindir. Bu kimi hallar uzun illər aparılmış "islahatların" nəticəsidir. Bəzi QHT-lərin nümayəndələri uşaqlara, onların hüquqlarının olduğunu, onlara heç kimin heç nə deyə bilməyəcəyini aşılayırlar. Onlara istədiyinizi edə bilərsiniz, müəllim kimdir ki, sizə nəsə desin" tipli məlumatlar verirlər.

Həmçinin, Elm və Təhsil nazirliyi tərəfindən müəllimlər tamamilə sındırılıb, onlara lazımsız əşya statusu verilib. Texniki prosedura uyğun olaraq, müəllim dərsini keçib, getməlidir. Uşaqlar istədikləri hərəkəti edə bilər, istədiyi sözü deyə bilər. Hətta sinif ortasında porno videolara baxa bilər. Müəllimi döyə bilər ki, belə hallar hazırda var. Bütün bunların qaşılığında müəllim heç nə deməməlidir. Və bu prosesləri həyata keçirmək üçün Elm və Təhsil nazirliyi qarşısına məqsəd qoyub. Köhnə müəllimləri bütün mümkün vasitələrlə məktəbdən uzaqlaşdırmaq, didərgin salmaq.

Hazırda vəziyyət daha da pisə doğru gedir, uşaqlar zombiləşir, köhnə ənənələrə sadiq müəllimlər təhsil sferasından uzaqlaşdırılır. Hazır ki, vəziyyətdə yaxın gələcəyi təsəvvür etmək o qədər də çətin deyil. Belə biyabırçı hallara son qoyulmalıdır. Aparılan eksperimentlərin hər biri dayandırılmalı, məktəblərin tərbiyə səlahiyyətləri bərpa edilməlidir. Məktəblərlə yanaşı, valideynlər də uşaqlara tərbiyə verməlidir. Belə yanaşmalar dəyişdirilməli, uşaqların tərbiyələndirmə üsulları üzərində iş görülməlidir. Bu kimi halların qarşısı alınmazsa, gələcəkdə kriminal ünsürlərin sayı olduqca artacaq, cəmiyyətdə mənəvi deqredasiya daha da sürətlənəcək. Biz hazırda bunu müşahidə edirik.

Nazirlik bu sahədəki neqativ hallarla bağlı heç bir addım atmır. Əksinə ağır dərs yükü ilə uşaqların psixologiyasını pozur. Başa düşməliyik ki, biz insan yetişdirməliyik, beyinləri müxtəlif biliklərlə doldurulan zombilər yox. Bizə tərbiyə görməmiş zombilər lazım deyil. Müasir təhsil sistemi isə bundan tamamilə kənardır. Bu halların davamı yaxşı nəticələr vermiyəcək. Nə cəmiyyət səsini çıxarmır, nə də nazirlik tərəfindən heç bir tədbir görülmür. Ortada yeganə müəllimlər qalır, onlarda bunu bacarmır. Bəziləri işini itirməkdən qorxur, bəziləri əsəb xəstəsi olur, dərmanlarla yaşayır.
Son illərdə bu hallarına qarşısının alınması məqsədilə hər hansı bir iş görülməyib. Tətbiq edilən hər bir qayda, hər bir yenilik  ancaq zərər vurmaqla məşğuldur.

Eyni zamanda, biz tərbiyədən əlavə olaraq təhsildə verə bilmirik. Orta məktəblərin təhsil göstəriciləri biyabırçı həddədir. Hətta 150-200 balla universitetlərə daxil olma səviyyəsinə qədər enmişik. Savadsız kütlənin ali məktəblərə daxil olunması prosesi dərinləşir və sabah bu savadsiz kütlə bizi idarə edəcək.

Mən təklif edirəm ki, məktəblər ləğv edilsin. Çünki artıq məktəblər öz funksiyalarını yerinə yetirə bilmirlər. Ona görə də məktəbləri ləğv etsinlər və bundan sonra hər kəs öz övladına fərdi təhsil versin".

Nilufər


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.165157