Saat:04:53
Haqqımızda

Təklif: Deputatlar və dövlət qulluqçuları hərbi təlimlərə göndərilsin

2024-01-26 15:56:10

Təklif: Deputatlar və dövlət qulluqçuları hərbi təlimlərə göndərilsin

Ukraynada dövlət qulluqçularının və Ali Radanın deputatlarının digər ukraynalılarla bərabər hərbi təlim keçmək üçün təlim mərkəzlərinə göndərilməsi təklif edilib.

Hurriyyet.az xəbər verir ki, bu təşəbbüslə Ali Radadakı “Xalqın qulluqçusu” fraksiyasının lideri David Araxamia çıxış edib.

“Biz indi Müdafiə Nazirliyi ilə işləyirik ki, kampaniya normal keçsin. Hesab edirəm ki, deputatlar, bütün dövlət qulluqçuları "məşq"ə getməlidir. Mən əminəm, bunun ideoloquyam.

Hər birimiz adi insanlarla bərabər orada olmalıyıq. Biz onlarla yemək yeməliyik, ünsiyyət qurmalıyıq, sonra hamı görəcək ki, bu o qədər də qorxulu deyil”.

Onun fikrincə, deputatlar və dövlət qulluqçuları digər ukraynalılarla eyni şərtlərlə təlimlərdə iştirak etməlidirlər. Eyni zamanda o, təklif edib ki, deputatların “təlimə” cəlbi qismən olsun və parlamentin işinə mane olmasın.

publika.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.200407