Təhsilini yarımçıq qoyub MAXE olan şəhidimiz - FOTO

2022-09-16 20:03:00

Təhsilini yarımçıq qoyub MAXE olan şəhidimiz - FOTO

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-dən başlayaraq Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqsaylı təxribatların qarşısı alarkən şəhid olan hərbi qulluqçu Polad Şirinov tələbə imiş.

Bu barədə Azərbaycan Memarlıq və İnşaat Universiteti məlumat yayıb.

Bildirilib ki, P.Şirinov orta məktəbi bitirdikdən sonra AzMİU-nun nəzdindəki İnşaat Kollecinin “Su təchizatı və suayırma” ixtisasına qəbul olub. O, Vətən müharibəsi ərəfəsində təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşüb və xidməti başa çatdıqdan sonra müddətdən artıq hərbi quluqçu kimi ordu sıralarında xidmətini davam etdirib.

Qeyd edək ki, P.Şirinov 2002-ci il oktyabrın 5-də Bakı şəhərində anadan olub. Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. P.Şirinov II Fəxri xiyabanda dəfn olunub.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067101