Saat:20:48
Haqqımızda

Təhsildə İdarəçilik Forumu-2025 BAKIDA

2025-05-28 20:20:43

Təhsildə İdarəçilik Forumu-2025 BAKIDA

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Təhsildə İdarəçilik Forumu 2025” keçirilib. Tədbir "EDU Company" Təhsil Şirkətinin təşkilatçılığı ilə keçirilib. Foruma rəsmi tərəfdaşlığı və ev sahibliyini Azərbaycan Memarlıq və İnşaat Universiteti edib.

Hurriyyet.Az-ın məlumatına görə, forumda Milli Məclis üzvləri,nazirlik və digər qurumlardan rəsmilər,tanınmış təhsil ekspertləri və gənclər təşkilatlarının nümayəndələri çıxış edərək ölkədə təhsilin idarə olunması, strateji hədəflər, gənclərin inkişafında liderliyin rolu və müasir yanaşmalar mövzularında müzakirələr aparıblar.

Tədbirə ev sahibliyi edən universitetin prorektoru, professor Akif Qasımov və "EDU Company" Təhsil Şirkətinin təsisçisi və baş direktoru Samir Əzizov forumun açılışında çıxış edərək, bu cür tədbirlərin təhsil islahatlarının sürətləndirilməsində əhəmiyyətini vurğulayıblar.

Forumun moderatoru Bakı Mühəndislik Universitetinin baş müəllimi və Tələbə Elmi Cəmiyyətinin rəhbəri Bəhman Qüdsi olub.

Forumun əsas Natiqləri :

Ceyhun Məmmədov – Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü

Razi Nurullayev – Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin üzvü

Hikmət Əlizadə – Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri

Nadir İsrafilov – Təhsil eksperti

Forumun əsas Spikerləri :

Elman Nəsirov – Milli Məclisin deputatı, beynəlxalq münasibətlər üzrə komitənin üzvü

Müşfiq Məmmədli – Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü

Günay Əkbərova – Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü

Samir Əzizov – "EDU Company" Təhsil Şirkətinin təsisçisi və baş direktoru

Fidan Həsənova – Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi

Adil Vəliyev – Dövlət Məşğulluq Agentliyinin əməkdaşı, təhsil və karyera planlaması üzrə ekspert

Forumda təhsildə idarəçilik sahəsində çağırışlar və perspektivlər, ali təhsildə idarəetmə modelləri, tələbə-gənclərin qərarvermə proseslərində rolu və dövlət dəstəyi kimi vacib məsələlər müzakirə olunub.

Tədbir iştirakçıları təhsildə liderliyin inkişaf etdirilməsi üçün konkret təkliflər səsləndirərək, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi çağırışı ilə çıxış ediblər.

Forumun sonunda iştirakçılar üçün musiqili-mədəni proqram təşkil olunub. Azərbaycan musiqisinin incilərindən ibarət xalq mahnılar və bədii kompozisiyalar tədbirə xüsusi rəng qatıb.

Mövzuya dair fotomateriallar:


Mətanət İmanquliyeva,
Hurriyyet.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.150163