Saat:13:04
Haqqımızda

"Təhsil və səhiyyə işçilərinin də əmək haqlarının artımı gözlənilir" - QUBAD İBADOĞLU

2021-11-09 11:43:00

"Gələn ilin sonuna orta aylıq əmək haqqının 807,3 manata çatacağı proqnozlaşdırılır"

"İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi layihəsinə Hesablama Palatasının rəyindən bəlli olur ki, 2022-ci ildə büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əmək haqqı fondunun bu illə müqayisədə 1187,3 mln. manat və 22,5 faiz artırılması nəzərdə tutulur. Bu o deməkdir ki, gələn il həmin təşkilatlarda çalışanların maaşları 10-20 faiz intervalında artırılacaq". Hurriyyet.az-ın məlumatına görə, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu deyib.

İqtisadçı alimin sözlərinə görə, bundan daha çox pay götürən icra və qanunvericilik hakimiyyəti, hüquq-mühafizə, məhkəmə, prokurorluq, müdafiə və milli təhlükəsizlik orqanları olacaq: "Bununla yanaşı, təhsil və səhiyyə işçilərinin də əmək haqlarının artımı gözlənilir. Beləliklə də bu ilin sonuna orta aylıq əmək haqqının 742,8 manat, gələn ilin sonuna isə 807,3 manata çatacağı proqnozlaşdırılır. Hazırda büdcədən maliyyələşən təhsil, səhiyyə və sosial xidmətlərdə orta aylıq əmək haqqı səviyyəsi respublika üzrə orta aylıq əmək haqqından aşağıdır".

Qubad İbadoğlu onu da bildirib ki, büdcənin əmək haqqı fondunun artırılması nəticəsində gələn il sığorta gəlirləri 1677,4 mln. manat və ya cari ilə nisbətən 331,9 mln. manat, yəni 24,7 faiz çox olması proqnozlaşdırılır: "Bunun müqabilində də gələn ilin dövlət büdcəsindən sosial müdafiə fonduna transfertin 2021-ci ilin gözlənilən icrası ilə müqayisədə 159,2 milyon manat azaldılıb. Nəticədə də pensiyaların artırılması imkanları məhdudlaşdırılıb. Gözlənilir ki, gələn il pensiyalar fevral ayında 5 faiz ətrafında indeksləşdirilsin".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR