Saat:04:49
Haqqımızda

TƏHSİL NAZİRLİYİNƏ “BOMBA” DÜŞÜB? – Nazir Emin Əmrullayev və işçilərini görənlərdən xahiş edirik ki, redaksiyamıza məlumat versin...

2022-11-29 13:20:00

TƏHSİL NAZİRLİYİNƏ “BOMBA” DÜŞÜB? – Nazir Emin Əmrullayev və işçilərini görənlərdən xahiş edirik ki, redaksiyamıza məlumat versin...

Emin Əmrullayev nazir vəzifəsinə təyin olunanda, əksər vətəndaşlar, xüsusən də övladları təhsil alan valideynlər kimi, biz də Təhsil Nazirliyində illərdir yığılb-qalan problemlərin həll ediləcəyini düşünürdük. Güman edirdik ki, qısa müddətdə təhsil sektorunda rüşvət və korrupsiyaya son qoyulacaq, müəllimlər tanışlıqla, pulla deyil, bilik və bacarıqları hesabına seçiləcək, nəticədə orta məktəblərdə keyfiyyətli tədris mühiti yaradılacaq və övladlarımızın repetitorlara müraciət etməsinə də ehtiyac qalmayacaq. Əlbəttə, bununla həm də, valideyn olaraq, madd yükdən bir qədər xilas olacağımızı gözləyirdik. Amma, necə deyərlər, sən saydığını, gör Emin Əmrullayev nə sayır...

Təəssüflə qeyd edirik ki, təhsil sahəsindəki “qarıyıb qalmış” problemlərin həll edilməsi bir yana, hər ötən gün Təhsil Nazirliyi daha dərin “bataqlığa” qərq olmaqdadır. Üstəlik, cəmiyyətlə iç-içə, vətəndaşların təkilifinə açıq olmalı olan bu nazirlik son vaxtlar ölkənin güc strukturlarından da qapalı bir quruma çevrilib. Hətta bu gün vətəndaşlarımız öz problemlərini gedib Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə daha asanlıqla çatdıra bilir, nəinki Təhsil Nazirliyinin hansısa sektor müdirinə. Həm də, təkcə onların qəbuluna düşmək problem deyil, artıq Təhsil Nazirliyinin bütün telefon nömrələri də “lal-dinməz” oyunu oynayır. Yəni vətəndaşların hansısa nömrəyə zəng vurub, dərdini rəhbər şəxslərə çatdırması mümkün deyil. Bunun üçün gərək işini-gücünü atıb, aylarla Təhsil Nazirliyinin qəbul şöbəsinin qarşısında yatasan.

Görünür, məhz bu səbəbdəndir ki, son vaxtlar ayrı-ayrı məktəb direktorlarının rüşvət topladığı haqda faktların sayı çoxalıb və bu barədə sosial şəbəkələrdə də tez-tez informasiya yaılmaqdadır. Şübhə yoxdur ki, vətəndaşların öz səsini Təhsil Nazirliyinə çatdıra bilməməsi, qurumun “qaynar xətti”ni payızın ortasında “don vurması” bu cür rüşvətxor direktorları da arxayın salır və onlar rahat şəkildə pul toplamaqla məşğul olurlar.

Emin Əmrullayev: Elm və Təhsil Nazirliyi elmi qurum deyil - "İki sahil"

Məsələnin ən acınacaqlı tərəfi isə odur ki, Emin Əmrullayev təhsil naziri təyin olunduqdan sonra bu qurum təkcə vətəndaşlarla deyil, media ilə də öz əlaqəsini tamamilə kəsib. İndi Təhsil Nazirliyinin rəhbər strukturları ilə ancaq onlara şəxsi mirzəlik edən jurnalistlər əlaqə saxlaya bilir. Qalan həmkarlarımızın bu nazirlikdən hansısas sorğuya cavab alması, demək olar ki, mümkünsüzdür. Necə ki, biz “Hürriyyət” qəzeti olaraq bir aya yaxındır Təhsil Nazirliyinin nəinki hansısa rəsmi şəxsi, heç xadiməsi ilə də danışa bilmirik ki, bu idarədə adam olub-olmadığını öyrənək. Hərdən bizə elə gəlir ki, Təhsilz Nazirliyinə “səssiz boma” düşüb, bu səbəbdən də orada bizə cavab verəcək kimsə qalmayıb...

Məlumat üçün oxucularımıza bildirək ki, KİV haqqında yeni qanuna əsasən, bütün jurnalistlər Media Reyestrindən qeydiyyatdan keçməli olduğundan, “Hürriyyət”in əməkdaşları da fərdi qaydada MEDİA agentliyinə müraciət etməkdədir. Lakin Baş redaktorumuz Vüqar Məmmədovun diplomu itdiyindən, o, bu barədə elan verib və qanuni şəkildə təhsil aldığı quruma müraciət edib. Həmin təhsil idarəsindən isə bildiriblər ki, diplomun təsdiqlənməsi Təhsil Nazirliyinin səlahiyyətində olduğundan, nazirliyə verilən sorğuya cavab gözləyirlər. Təəssüf ki, Təhsil Nazirliyi bir aydan coxdur nə təhil müəssisəsinə, nə də Baş redaktora cavab vermək üçün özünü “əziyyət” vermək istımir. Üstəlik, nazirlikdə bircə nəfər rəsmi şəxsi tapıb danışdırmaq mümükün deyil ki, bilək, Təhsil Nazirliyi nə vaxt sorğumuzu cavablandıracaq.

Odur ki, son çarəmiz vətəndaşlarla müraciət etməkdir. Dəyərli oxucularımızdan xahiş edirik ki, təhsil naziri Emin Əmrullayevi, ya da nazirliyin hansısa rəsmi şəxsini gördükdə bizi dərhal xəbərdar etsinlər, gələk sözümüzü deyə bilək.

Dəyərli vətəndaşlarımızın zəngini səbrsizliklə gözləyirik.

Jalə FAMİLQIZI,

Hurriyyet.az

  

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR