Təhsil Nazirliyi VACİB məlumat yaydı - VİDEO

2022-05-30 12:30:00

Təhsil Nazirliyi VACİB məlumat yaydı - VİDEO

Orta məktəblərdə  yavaş-yavaş rəqəmsal sistemə keçilir. Elektron sinif jurnalı, gündəlik, indi isə rəqəmsal qiymətləndirmə olacaq. Təhsil Nazirliyi bütün dövlət məktəblərinə bununla bağlı tövsiyyələr verib. Belə ki, hansı məktəbin internet və texniki təminat ilə bağlı problemi yoxdursa qiymətləndirmələr online keçirilə bilər. 

Orta məktəblərdə summativ qiymətləndirmələr online keçirilə bilər.  Təhsil Nazirliyi tərəfindən  bütün dövlət ümumtəhsil müəssisələrinə məktəbdaxili qiymətləndirmənin rəqəmsal şəkildə aparılması tövsiyyə olunub. 

Nazirliyin qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə deyir ki, rəqəmsal qiymətləndirmə 4-11-ci siniflərə aid edilməli və rəhbərlik tərəfindən şəraitə uyğun qərarlar verilməlidir.   

Anar Mirzəzadənin sözlərinə görə, bu il ilk dəfə olaraq Bakıda 40 məktəbdə 1-ci yarımil üzrə böyük summativ qiymətləndirmələr rəqəmsal formada keçirilib. Bu zaman internet və ya texniki təminat baxımından müəyyən problemlər ortaya çıxıb. Bu hallar indi də müşahidə oluna bilər. Elə bu məqsədlə də nazirlik tərəfindən qaynar xətt yaradılıb. Qurum rəsmisi bəzi fənnlərin rəqəmsal qiymətləndirməyə daxil edilmədiyini də deyib. 

Qurum rəsmisi onu da bildirib ki, regionlarda tam olaraq rəqəmsal qiymətləndirməyə keçən  ümumtəhsil müəssisəsi hələ ki yoxdur.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya