Təhsil Nazirliyi MİDA-nın rekordunu təzələdi – Cəmi iki saniyəyə...

2022-05-06 13:16:00

Təhsil Nazirliyi MİDA-nın rekordunu təzələdi – Cəmi iki saniyəyə...

Təhsil Nazirliyi Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) satışa çıxarılan mənzillərin bir neçə saniyədə "satılması” rekordunu yeniləyib.

Hurriyyet.az Gundem.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi 1-ci siniflərə qəbul sistemini açıq elan edən kimi bütün yerlərin dolduğu məlum olub.

Məlumata görə, proses heç iki saniyə çəkməyib. Ən acınacaqlı vəziyyət rus sektorunda yaşanıb.

Övladını 2 saylı Xırdalan orta məktəbində rus sektorunun 1-ci sinfinə qəbul etdirmək istəyən valideynlərdən birinin saytımıza bildirdiyinə görə, sistem açılan kimi artıq yerlərin dolduğu barədə mesaj alıb.

"Müəllim seçimi etmək mümkün olmadı. Bu, böyük narazılıq yaradıb. Bizə dedilər ki, bir neçə gündən sonra yenidən sistem açılacaq, onda da cəhd edərsiz. Bəlkə onda da yerlər dolu oldu. Bəs uşaq 1-ci sinfə getməyəcək?”, - deyə valideyn bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya