Təhsil naziri uşaqlarla bağlı çağırış edib

2021-11-23 10:13:00

Təhsil naziri uşaqlarla bağlı çağırış edib

"Düşünürəm ki, uşaqlarımızın hüquqlarının və sağlamlığının qorunması, eləcə də onların gələcək təhsili üçün əlverişli zəmin yaradılması baxımından səylərimizi daha da artırmalıyıq".

Hurriyyet.axəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, Qarabağda qazanılan tarixi Zəfər uşaqların firavan yaşayışının təmin edilməsi baxımından çox əhəmiyyətlidir.

"Noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkil etdiyi Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirildi. 

Forum çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarından fəallıqları, xüsusi bacarıqları ilə seçilən uşaqlar əhəmiyyətli mövzular ətrafında aparılan müzakirələrdə yaxından iştirak etdilər", - nazir vurğulayıb.