TƏHSİL İDARƏSİNİN MÜDİRİ TƏRƏFİNDƏN TƏHQİR OLUNAN MƏKTƏB DİREKTORU İNTİHARA CƏHD ETDİ - Mətanət Qarayeva hazırda reanimasiyadadır...

2022-06-22 12:15:00

TƏHSİL İDARƏSİNİN MÜDİRİ TƏRƏFİNDƏN TƏHQİR OLUNAN MƏKTƏB DİREKTORU İNTİHARA CƏHD ETDİ - Mətanət Qarayeva hazırda reanimasiyadadır...

Gəncə şəhəri 1 nömrəli məktəbin direktoru Mətanət Qarayeva intihara cəhd edib.

Hurriyyet.az bu barədə etibarlı mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, M.Qarayevanın canına qəst etmək istəməsinə Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə arasında yaranan mübahisə səbəb olub.

Mənbə iddia edir ki, uzun müddətdir Mətanət Qarayevanı öz ərizəsi ilə istefaya göndərmək istəyən A.Qədiməliyev, bu niyyəti baş tutmadığı üçün bu gün səhər saatlarında direktora zəng vuraraq onu təhqir edir. Təhsil İdarəsinin müdirinin bu hərəkətindən əsəbləşən M.Qarayeva iş otağındaca çoxlu sayda dərman içərək, öz həyatına qəsd etmək istəyib.

Məlumata görə, məktəb direktoru qısa müddət ərzində Göygol rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, hazırda vəziyyəti ağırdır və reanimasiyadadır.

Hurriyyet.az

Redaksiyadan: Mövzu ilə bağlı əlavə məlumat verməyə çalışacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya