Tehranın “kabusa çevirərik” bəyanatına Bakıdan SƏRT CAVAB

2022-09-20 12:45:00

Tehranın “kabusa çevirərik” bəyanatına Bakıdan SƏRT CAVAB

“İran regionun sərhədlərini dəyişmək arzusunu kabusa çevirəcək”.

Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Vahid Cəlalzadə deyib.

O, çıxışı zamanı Tehranın Azərbaycan, Ermənistan, Türkmənistan və digər postsovet respublikalarının müstəqillik əldə etdikdən sonra yanında olduğunu, bu ölkələrin hökumətlərinə müxtəlif yardımlar göstərdiyini bildirib və “İran regionda sərhədlərin dəyişdirilməsinin qarşısını alacaq”, deyə əlavə edib.

Hurriyyet.az-ın məlumatına görə, bu barədə fikirlərini bölüşən Milli Məclisin deputatı Sahib Alıyev deyib ki, Vahid Cəlalzadənin bu sözləri iki məqsədlə dövriyyəyə buraxılıb:

“İlk növbədə haylara göstərilir ki, onları Nensi Pelosidən də çox sevən qardaşları var. Ən əsası isə fikrimcə, belə açıqlamalarla molla rejimi diqqəti başqa səmtə yönəldib cəmiyyəti öz məqsədləri ətrafında toparlamağa, ölkədə ard-arda baş qaldıran və get-gedə artan narazılıq dalğasını səngitməyə çalışır. Maraqlıdır, İran belə beynəlxalq normalar tərəfdarıdırsa, niyə Ermənistanı silahlı ünsürlərini Qarabağdan çıxarmağa çağırmır?”.

Deputat qeyd edib ki, Azərbaycanın bütün torpaqları üzərində tam suverenliyini təmin etmək yolunda atdığı qətiyyətli addımlar rəsmi Tehranı nəinki qıcıqlandırır, hətta təlaşa salır:

“İran Parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Vahid Cəlalzadə bilməlidir ki, "kabus” dediyi şey,  ölkəsi guya regionda sərhədlərin dəyişməsinin qarşısının alınması yönündə hərəkətə keçdiyi gündən başlayacaq. İranın Azərbaycana qarşı atılan məkrli addımları bumeranq olub öz üzərlərinə qayıdacaq”.

Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062940